Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dünyaya övlad gətirən anaların arıqlaması üçün 6 mühüm məsləhət

Dünyaya övlad gətirən anaların arıqlaması üçün 6 mühüm məsləhət
Sakura

Dünyaya övlad gətirən anaların arıqlaması üçün 6 mühüm məsləhət

Xanımlar hamilə olan zaman 12-16 kq, bəzən də daha çox əlavə çəki əldə edirlər. Ancaq övladları dünyaya gələndən sonra bu çəkidən qurtulmaq çətin olur.

Əgər bu sahədə indi bir iş görməsəniz, ola bilsin ki, 20 ilə də belə, arıqlaya bilməyəsiniz.

Onu nəzərə almaq lazımdır ki, arıqlamaq istəyən analar ən azı 9 aydan sonra arıqlamalıdırlar. Ona görə də səbirli olmaq lazımdır. Bunun üçün analara 6 məsləhət veririk.

1. Pəhriz saxlamağın üzərindən xətt çəkin. Ola bilsin ki, bu, sizi təəcübləndirsin, ancaq çətin pəhrizlər sizin üçün deyildir. Özünüzü sevdiyiniz yeməklərdən məhrum etməyin. Çünki ana olmağınız sizə artıq müəyyən bir stress gətirmişdir. Pəhrizin stressi sizi daha çox əldən salar.

 

Əgər doğuşdan sonra adi qaydada qidalansanız, əvvəlki çəkinizə gələ biləcəksiniz. Çalışın ki, yemək vaxtlarına riayət edə biləsiniz.

Qoymayın ki, aclıq sizi həlak etsin. Gün ərzində alma, kök və bir neçə peçenye əlinizin altında olsun. Əgər süd verirsinizsə, tez bir zamanda arıqlamağınızı gözləməyin.

2. Ət xörəkləri yeyin. Siz ana olan zaman bədəniniz daha çox qidalanmağa ehtiyac duyur. Xüsusilə də əgər süd verirsinizsə, elə yeməklər yeyin ki, kalorsi az olsun, ancaq bədəninizə lazım olan proteini verə bilsin. Balıq bu cür ideal yeməklərdəndir. Tərkibində omeqa-3 vardır. Bu yemək sizin zehninizi və əsəb sisteminizi qidalandırar. Süd və qatıqda da kalsium çoxdur. Sümüklərinizi möhkəm saxlayar. Qırmızı əti və toyuğu da yaddan çıxartmayın. Lobya da tərkibində protein olduğu üçün faydalıdır. Bu qidalar sizi uzun müddət tox saxlaya bilən yeməklərdir.

3. Mayeni çox için. Mayeni çox qəbul edin, çünki bu zaman bədəninizdəki mayə azalmaz və sizdə toxluq hissi yaradar. Ancaq bu sahədə də ifrat etməyin. Bəzi mütaliələr onu göstərir ki, su bədəndə olan maddələr mübadiləsini yaxşılaşdırır.

4. Bir qədər idman edin. Sağlam qidalanmaq çox mühümdür. Ancaq bu, kifayət deyildir. Əgər arıqlamaq istəyirsinizsə, gərək sağlam qidalanma ilə yanaşı, idman da edəsiniz. Aerobika və yüngül gimnastika kalorilərinizi yandırar, əzələlərinizi gücləndirər. İdman sizi arıqlamatla yanaşı, başqa faydalar da gətirər. Məsələn, qəm-qüssənizi aradan aparar, stressinizi azaldar. Sizi şənləndirər. Bilirik ki, körpə sizin vaxtınızın çox hissəni alır, ona görə də idman salonuna gedə bilmirsiniz. İdman salonuna getmək yerinə körpəni öz kolyaskasına qoyun və onu gəzintiyə aparın. Onu gəzdirən zaman özünüz də gəzərək idman etmiş olarsınız. Çalışın bir qədər tempinizi artırasınız və bir qədər tez gəzəsiniz. Həftə ərzində ən azı 150 dəqiqə gəzməlisiniz.

Əlbəttə, uşağa baxmağın özü də bir idmandır. Ancaq bununla yanaşı, idman etmək də faydalıdır.

5. Yaxşı yatmağa çalışın. Körpəsi olan analar həmişə sağlam yuxudan məhrum qalırlar. Yəni, 8 saat davamlı yuxu yatmaq bütün anaların arzusudur. Yuxusuzluq çəkini azaltmağa mane olar. Tədqiqatın nəticələri göstərir ki, o analar ki, 5 saatdan az yatırlar, əlavə çəkidən azad ola bilmirlər. Siz yorğun olan zaman bədəniniz stress hormonları buraxır ki, bu da sizə əlavə çəki gətirər. Bu zaman sağlam qidalanmağa belə vaxtınız qalmaz. Hazır yemək sifariş verərsiniz ki, bu da sizə əlavə çəki gətirər. Bu zaman idman etməyə belə taqətiniz qalmaz. Körpənizi yatızdıran zaman özünüz də yatmağa çalışın. Bu zaman yorğunluğunuz bir qədər azalmış olar.

6. Kömək alın. Əgər təkbaşına arıqlaya bilmirsinizsə, həkimdən və ya diyetoloqdan kömək alın. Onlar sizə münasib olan yemək proqramını verəcəklər və gündəlik ehtiyaclarınızı bu proqrama uyğun tənzim edəcəksiniz. Eyni zamanda sizdən idman etməyinizi də istəyəcəkdir.

Özünüz sağlam olun ki, sağlam körpə yetişdirə biləsiniz.

Mənbə: Sağlamol.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR