Slimfit
  1. DÜNYA

Dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin adı açıqlanıb

Dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin adı açıqlanıb
Sakura

Dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin adı açıqlanıb

Böyük Britaniyanın "The Economist" jurnalının "The Economist Intelligence Unit" (EIU) Araşdırma Mərkəzi həyat keyfiyyətinin səviyyəsi üzrə dünya şəhərlərinin reytinqini dərc edib.  

"Report" TASS-a istinadən xəbər verir ki, Avstriya paytaxtı Vyana ilk dəfə birinci pillənin sahibi olub.

Vyana arıdıcıl 7 dəfə 140 şəhər arasında birinci olan Avstraliyanın Melburn meqapolisini qabaqlayıb. 

Araşdırma zamanı EIU tədqiqatçıları beş kateqoriya - sabitlik, səhiyyə, təhsil, infrastruktur, eləcə də mədəniyyət və ətraf mühit üzrə 30-dan çox amili nəzərə alıblar.

Tədqiqatçılar qeyd ediblər ki, Vyana stabillik göstəricilərinin yaxşılaşması ilə əlaqədar Melburnu ilk pillədən salıb.

Həyat üçün ən münasib şəhərlərin "top-5"yinə həmçinin Osaka (Yaponiya), Kalqari (Kanada) və Sidney (Avstraliya) daxil olub.

Yaşayış üçün ən az uyğun şəhər isə müharibənin ələk-vələk etdiyi Dəməşq (Suriya) olub. Son beşlikdə eyni zamanda, Dəkkə (Banqladeş), Laqos (Nigeriya), Karaçi (Pakistan) və Port Morsbi (Papua Yeni Qvineya) yer alıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR