Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dünyanın yarısı 30 il sonra bu xəstəliyə tutulacaq

Dünyanın yarısı  30 il sonra bu xəstəliyə tutulacaq
Sakura

Miçiqan Universitetinin tədqiqatçıları 4.9 milyard insanın bu xəstəliyin daşıyıcısı olacağını deyir

 İnsanlar arasındakı təbii seçim səbəbiylə  yaxın 30 ildə 4.9 milyard insanın miyopiya (görmə kəskinliyinin azalması və uzaq olan obyektlərin zəif qavranılması ilə xarakterizə olunur – red.) olacağı proqnozlaşdırılır.

ABŞ-da yerləşən  Miçiqan Universitetinin tədqiqatçılarının gəldikləri nəticəyə əsasən bu əsrin ortalarına qədər dünya əhalisinin təxminən yarısını təşkil edən 4.9 milyard insan miopiya olacaq.

 ƏSAS SƏBƏB  EKRANLARA AYRILAN VAXTIN ARTMASI VƏ ÇÖLƏ ÇIXMAMAQDIR

 Göz bəbəyinin  tam diqqət  yetirə bilməməsi  nəticəsində uzaq məsafəni aydın görməməklə əlaqədar olan bu xətəliyin səbəbləri kimi ətraf mühit şəraiti və genetik meyl göstərilir. Tədqiqatçılar, texnalogiyanın inkişafı ilə bağlı ekran qarşısında daha çox vaxt keçirməyin və uzağı görməni  artıran açıq fəaliyyətlərdən imtina edilməsini   vəziyyətin əsas səbəbi hesab edirlər.

 MİOPİYA GENLƏRİ İLƏ  REPRODUKTİV KEYFİYYƏTİN QARŞILIQLI ƏLAQƏSİ VAR

 Bununla yanaşı, ABŞ mütəxəssisləri, uzağı görməmə və ya miopiya riskini artıran bir çox genetik variantın, reproduktiv keyfiyyəti yaxşılaşdıran əlamətlərlə əlaqəli olduğunu təsbit etdilər.  Buna görə, miopiya genləri olanların daha çox uşağı olma ehtimalı var və populyasiyada miopiyaya səbəb olan genlərin yayılması artacaq.

  Miçiqan Universitetinin tədqiqat müəllifi və təkamül bioloqu Tsyançji Çjan, "Miyopia populyasiyanın sürətli artımının qismən miyopiya ilə əlaqəli mutasiyaların təbii seçimi ilə əlaqəli olduğunu gördük."  "Bu, miopiyanın faydalı olduğu üçün deyil, bu mutasiyaların reproduktiv üstünlüklərlə əlaqəli olmasıdır."

  63 MİN 185 İNSANIN GENETİK MƏLUMATLARI TƏHLİL EDİLDİ

Professor Çjan və həmkarı Erpinq Lonq, İngiltərənin Biobank tədqiqatında iştirak etmək üçün könüllü olan 40-69 yaşındakı 63.185 insanın genetik və tibbi məlumatlarını araşdırdı.

 Mövzuları yaşa görə altı qrupa bölən komanda, miopiya nisbətlərinin 1940-44 və 1965-69- ci illərdə doğulanlar arasında 24.4 faizdən 41 faizə yüksəldiyini tapdı.  Sonra yaşın görmə qabiliyyətinə təsiri araşdırıldı.  Tədqiqatçılar 40 yaşında miopiya ehtimalının 25 illik müddət aralığında bu dəyərin 30,3 faizdən 43,5 faizə qədər artdığını izah etdi.

Mənbə: habererk.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR