Dərc edildi: Baxış sayı: 580
Dünyanın üzən ilk südçülük ferması fəaliyyətə başlayıb
Hollandiyanın ikinci böyük şəhəri Rotterdamda dünyanın ilk üzən südçülük ferması açılıb.
“Seanews.az” xəbər verir ki, hazırda fermada 32 baş inək mövcuddur. Burada sağım prosesi həm avtomatlaşdırılmış, həm də robotlaşdırılmış üsulla aparılır.
Süd istehsalı ilə bərabər fermada çoxsaylı günəş batareyaları vasitəsilə elektrik enerjisi istehsal olunur.
Bu qeyri-adi təsərrüfatın məqsədi ənənəvi qida məhsullarının suda istehsalının mümkünlüyünü araşdırmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət