Slimfit
  1. CƏMİYYƏT

Dünyanın tanınmış transplantoloqu Bəhram Bağırzdəyə təmənnasız yardım etməyə hazır olduğunu AÇIQLADI

Dünyanın tanınmış transplantoloqu Bəhram Bağırzdəyə təmənnasız yardım etməyə hazır olduğunu AÇIQLADI
Sakura

Dünyanın tanınmış transplantoloqu Bəhram Bağırzdəyə təmənnasız yardım etməyə hazır olduğunu AÇIQLADI

"Bəhram Bağırzadəyə ağciyər transplantasiyası edilməsinin zəruriliyi təklifini ilk dəfə mən irəli sürmüş və təklifimi kifayət qədər elmi əsaslandırmışam".

Ens.az xəbər verir ki, bunu Sonxeber.az-a Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm koronavirusa yoluxaraq müalicəsi davam edən aktyor Bəhram Bağırzadə haqqında deyib:

 

"Birincisi, fəaliyyətini 90% itirmiş ağciyərlər sepsis, infeksiya (virus, bakteriya assosiasiyaları və b.) tuta bilər və dərhal, mümkün qədər erkən müddətlərdə cərrahi yolla çıxarılmalı, xəstənin həyatı, daha dogrusu tənəffüs fəaliyyəti indiki kimi ECMO ilə davam etdirilməlidir. Bu halda digər orqanlara və toxumalara, ən əsası həyati vacib orqanlara ilk növbədə virusların generasiyasinin, ekspansiyasının qarşısı alınar, həmin orqanların və toxumaların farmakoloji, medikal qorunması, virussuzlaşdırılması və bərpası təmin edilər. Ən əsası uyğun canlı donor axtarışı prosesi aparıla və orqanizm ucun ən əlverişli, ən optimal zamanda ağciyər paylarının transplantasiyası həyata kecirilə və xəstənin həyata dönmə şansları xeyli arta bilər. Çox rəğbət bəslədiyim tanınmış professor kardiovaskulyar cərrah Rəşad Mahmudov müalicə komandasının rəhbərlərindən biri kimi xəstə haqqında daha dolğun biliklərə, tibbi məlumatlara malik olduğundan və xəstəni anbaan izlədiyindən tibbi qanunlara görə qərar qəbuletmə prosesində həlledici hüquqa malikdir. Onun və komandasının sonrakı qərarlarına da hörmət bəsləməyi vacib hesab edirəm. Güman edirəm ki, mənim arqumetlərimə və faktlarıma da qarşılıqlı sayğı göstəriləcəkdir".

Cərrah Ədalət Rüstəm sevimli aktyorun sağalması istiqamətində hər an hazır olduğunu, onun sağalması istiqamətində hər cür müzakirələrə açıq olduğunu bildirib. Həmçinin cərrah dünyanın nüfuzlu ağciyər transplantsiya komandasının aktyorun ağciyərinin transplantasiyasını təmənnasız öz üzərinə götürdüyünü də açıqlayıb:

"Bu məsələni Avropanın və dünyanın ən təcrübəli və nüfuzlu ağciyər transplantasiyası komandalarından birinin rəhbəri Azərbaycan sevdalı professor Cemal Asem Kutlu ilə bir neçə dəfə müzakirə etmişik. Professor uyğun bilinərsə Bəhram Bağırzadəyə, digər xəstələrimizə öz komandası ilə hər zaman tam səmimiyyətlə və təmənnasız hər cür yardım göstərməyə hazır olduğunu, bunu Azərbaycanlı qardaşlarına çatdırmağı məndən dönə-dönə xahiş edib. Covid-19 xəstələrinin hər birinin, o cumlədən sevimli aktyorumuz Bəhram Bağırzadənin müalicəsinə dövlət səhiyyə sistemi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yüksək diqqət ayrılması, səhiyyənin bütün resurslarinin və ən təcrübəli qüvvələrinin, sanballı praktik həkimlərin və ünlü tibb alimlərinin cəlb edilməsi olduqca qürurvericidir. Bəhram Bağırzadənin həyatının COVİD-19 səbəbindən təhlükəyə düşməsi hər bir azərbaycanli kimi, bir həkim kimi məni də narahat edir və etməkdədir. Onun tezliklə sağalmasını, ailəsinə, cəmiyyətə, incəsənətə dönüşünü ən çox arzu edən, dualarını əsirgəməyən yuz minlərdən biriyəm. Bu istiqamətdə birlikdə çalışmalı, biliklərinizi və təcrubələrimizi bölüşməli, birimiz digərimizi inkar etməklə qürurlanmamalı, birlikdə ortaq məxrəcə gəlməli və qələbəyə aparan formulu, yolu, heç olmasa istiqaməti tapmalıyıq. Biz bu yola məhkumuq".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR