Slimfit
  1. MARAQLI

Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı başınızdan alacaq faktlar

Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı başınızdan alacaq faktlar
Sakura

Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı başınızdan alacaq faktlar

Avstriyanın Vyana şəhərində tarix boyunca çox əhəmiyyətli hadisələr baş verib. Lakin şəhərin tarixində 1913-cü il həqiqətən maraqlıdır. Söhbət bir çox tanınmış insanın burada eyni vaxtda yaşamasından gedir. Əslində, Vyana müxtəlif dövrlərdə çox əhəmiyyətli adlara ev sahibliyi etmiş, onların yolları Vyanadan keçmişdi. Lakin dünyanın taleyini sonradan dəyişdirəcək bu qədər insanın eyni tarixdə bu şəhərdə yaşaması təsadüf idimi?

Publika.az xəbər verir ki, 1913-cü ildə Adolf Hitler, İosif Stalin, Lev Trotski, İosip Broz (Tito) və Ziqmund Freyd Vyanada yaşayırdılar, hətta evləri piyada gediləcək məsafə qədər yaxın idi.

Aşağıda XX əsrə damğasını vuran 5 nəfərdən bəhs ediləcək.

- Keçmiş SSRİ lideri İosif Stalin bir ay burada qalıb.

- Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freyd 1860-cı ildə Vyana şəhərinə köçüb və 1928-ci ildə Avstriyanın nasistlər tərəfindən işğal edilməsindən sonra şəhəri tərk edib.

- Nasist lideri Adolf Hitler rəssam olaraq çalışdığı 1908-1913-cü illərdə Vyanada yaşayıb.

- İosip Broz, daha sonra Yuqoslaviya lideri Marşal Tito Avstriya-Macarıstan ordusunda xidmət etməzdən əvvəl bir zavodda işçi idi.

- Rusiya inqilabçısı Lev Trotski 1907-1914-cü illərdə Vyanada yaşamışdır.

Krakovdan gələn bir qaçaq

1913-cü ilin yanvarında Krakovdan gələn bir qatarda pasportunda Stavros Papadopulos adı yazılan birisi Vyananın şimal terminalına ayaq basdı. Kəndli qiyafətində olan bu adamın əlində taxta çamadan var idi. “Mən bir masada oturmuşdum. Qapı qəflətən açıldı və tanımadığım bir adam içəri girdi. Bu qısa, zəif adamın gözlərində dostluqdan başqa bir şey görməmişdim”, - deyərək Stavros Papadopulosdan bəhs edən isə məşhur rus intellekti və “Pravda” qəzetinin redaktoru Lev Trotski idi. Onun bəhs etdiyi, Stavros Papadopulos adlı kəndli qiyafətində olan şəxs isə yoldaşları tərəfindən “Koba” adlandırılan İosif Stalin idi. Trotski və Stalin XX əsrə istiqamət verən və 1913-cü ildə Vyanada olan məşhurlardan yalnız ikisi idi.

Trotski və Stalinin o il Vyanada olmasının digərlərindən fərqli səbəbləri var idi. Hər iki inqilabçı Vyanada qaçaq həyatı yaşayırdı. Amma Ziqmund Freydin bu şəhərdə oturaq bir həyatı var idi. İzləyiciləri tərəfindən insan zehninin sirlərini aşkar edən böyük psixoanalist kimi xatırlanan Freyd 2013-cü ildə şəhərin Berggasse adlı səmtində işləyir və yaşayırdı.

Daha sonralar Yuqoslaviyanın böyük lideri Marşal Tito kimi tanınan gənc İosip Broz 2013-cü ildə Vyananın cənub hissəsində avtomobil zavodunda bir qədər pul qazanmaq və gözəl vaxt keçirmək üçün çalışırdı.

Nəhayət, Avstriyanın şimali-qərbindən gələn və Vyana Akademiyasında təsviri sənət öyrənmək arzusunda olan, lakin iki dəfə rədd cavabı alan Adolf Hitler də həmin il orada idi.

Çox böyük təsadüf

Vyana kiçik bir şəhərdir. Bu beş insanın qarşılaşmaması mümkün deyil. Kim bilir, bəlkə, bir küçədə qarşılaşdılar, bəlkə eyni tramvay dayanacağında gözlədilər və ya eyni yeməkxanada yemək yedilər. Kim bilir, bəlkə kiminsə cibində olan kağız pulları dolaşaraq başqa birinin cibinə girib, kim bilir... Hitler əlində yemək oturmaq üçün masa axtararkən keçi saqqallı, eynəkli Trotskidən "bu yer boşdurmu?" deyə soruşur və “Nein” (Yox) cavabını alır. Ardınca Stalin gələrək o masaya oturur və “Bu kimdir?” deyə Trotskidən soruşur. “tTanımıram”, - Trotski cavab verir. Buna oxşar bir çox ehtimallar ola bilər, çünki onların qarşılaşmama ehtimalı yox idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR