Slimfit
  1. MARAQLI

Dünyanın stressdən uzaq peşələri

Dünyanın stressdən uzaq peşələri
Sakura

Dünyanın stressdən uzaq peşələri

Stressiz peşə varmı? Bir çoxumuz təbii ki, yox cavabını verərik.

Amma dünya üzrə aparılan araşdırmalar göstərib ki, bəzi peşə sahibləri işlərində demək olar ki, stresslə qarşılaşmırlar.

İqtisadçı

Biznes dünyasındakı yenilikləri, dəyişiklikləri izləyən iqtisadçılar ən stressiz peşə sahiblərindən sayılırlar.

Statistikaçı

İş həyatlarında stressə minimum səviyyədə məruz qalan peşə sahiblərdirir.

Riyaziyyatç

Əsasən iş tapmaqları çətin olsa da, iş həyatlarında hardasa stress yaşamayan bir peşə sahibləridir.

Bio-medikal mühəndisi

Stressi çox az olan peşədir. Gələcəyin peşəsi sayılır eyni zamanda və əsasən tibb sahəsində işləri çox olacaq.

Fizikaçı

Maddənin və enerjinin strukturunu,  onların bir-biri ilə əlaqəsini araşdıran fizikaçılar iş tapmaqda stress yaşasalar da, iş həyatlarında stressdən uzaq qalırlar.

Astronomlar

Səma cisimlərini incələyən, teleskop kimi alətlərlə kosmosu müşahidə edən astronomlar da stressdən uzaqdırlar.

Səhiyyə sahəsində çalışan ən stressiz peşə sahibləri sayılırlar.

Optometrist

Eynək üzrə mütəxəssislərdir. Əsasən optika dükanlarında işləyirlər.

Sığorta mütəxəssisi

Sığorta mütəxəssisi işini tam öyrənənə qədər stressə məruz qalsalar da, sonradan stress minimum səviyyəyə enir.

Dietoloq

Günümüzün ən populyar peşələrindən biridir. Problemli bir xəstə ilə qarşılaşmadıqca iş həyatları stressdən uzaqdır.

Ortodentist

Ortodentist deyəndə ağlımıa diş telləri gəlir. Diş problem ilə həkimə müraciət edənlər bu peşə sahibləri ilə qarşılaşıblar. Adətən gülərüzlü insanlar olurlar. Gülərüzlülüyə səbəb isə işlərinin stressdən uzaq olmasıdır.

Zərgər

Bəzən oğurluq kimi həyəcanlı anlar olsa da, əslində stressdən uzaq peşədir.

Bərbər

Hər tində, hər küçədə, binanın altında gördüyümüz bərbər salonlarında işləyən insanlar da stressdən uzaqdırlar.

Universitet professor

Bu vəzifəyə gələnə qədər kifayət qədər stressə məruz qalırlar. Amma professor olduqdan sonra dünyanın ən stressiz peşələrindən birinə sahib olurlar.

Sənət rejissoru

Agentliyin bütün layihələrində rejissor kimi iştirak edir. Bir çoxları rejissorluğun stressli peşə olduğunu söyləyir. Amma sənət rejissoru stressdən uzaqdır.

Yazıçı

Qəzetə, reklam agentliyinə və kitab evinə bağlı olaraq işləyən yazıçılarla yanaşı sərbəst qələm əhli də stressiz peşə sahibləri sayılır.

Tibbi sonoqrafiya mütəxəssisi

Xəstəxanalarda, əsasən doğum bölməsində işləyirlər. Hamilə qadınların uşaqlarının cinsiyyətini və ana bətnindəki uşağın vəziyyətini yoxlayırlar.

Yeri tədqiq edənlər

Yer kürəsinin strukturunu, yer qabığının dəyişməsinə səbəb olan daxili və xarici təsirləri və yaranma prosesini incələyirlər.

Kənd təsərrüfatı mühəndisi

Mühəndislik stressli bir peşədir. Amma kənd təsərrüfatı mühəndisləri üçün bu, belə deyil. Heyvan yetişdirmək, bitki istehsalı kimi layihələrdə yer alırlar.

Hikmət Həsənov

Mənbə: Ölkə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR