Slimfit
  1. DÜNYA

Dünyanın sonu üçün hazırlanan “Qiyamət anbarı” üzə çıxdı: gizli adada toplayıb 200 il...

Dünyanın sonu üçün hazırlanan “Qiyamət anbarı” üzə çıxdı: gizli adada toplayıb 200 il...
Sakura

Dünyanın sonu üçün hazırlanan “Qiyamət anbarı” üzə çıxdı: gizli adada toplayıb 200 il...

Elm adamlarının insanlığı gözləyən fəlakətləri tək-tək açıqlamasından sonra ABŞ başda olmaqla, bir çox ölkə dünyanın sonuna hazırlaşır.

Publika.az xəbər verir ki, nüvə müharibələri, dünyanın su altında qalması, zəlzələlər kimi böyük fəlakətlərdən sonra həyatın davam etməsi üçün işlər görülür. Lakin boş-boşuna bir təşəbbüs olduğu və dünyanın əlbət bir gün yox olacağı gerçəyi diqqətdən kənarda saxlanır.

Dünyanın yaşaya biləcəyi təbii fəlakətlər və antropogen təsirlərdən dolayı ortaya çıxan fəlakətlərdən sonra Yer üzünü yenidən yaratmaq və qlobal toxum ehtiyacını təmin etmək məqsədilə Norveçin sirli Svalbard adasında qurulan “Qiyamət anbarı” Şimal qütbünə 1300 km məsafədə yerləşir və “insanlığın son ümidi” adlandırılır. Qiyamətdən sonra dünyanın yox olacağı reallığını görmək istəməyənlərin ərsəyə gətirdiyi bu anbar son dövrlərdə olduqca maraq cəlb edir.

2008-ci ilin fevral ayında açılan anbar dünyanın hər bölgəsindən 250 milyon ədəd toxumu özündə birləşdirir və əlverişsiz hava şəraitindən tutmuş, ehtimal edilən bir çox hücuma qarşı dözümlü şəkildə inşa edilib. Uzunluğu 130 metr olan anbarın divarları polad bloklarla əhatələnib. 4,5 milyon növ meyvə, tərəvəz və taxıl toxumları burada qorunur. Ən dəhşətli fəlakətlərdə belə toxumların heç zərər görmədən 200 ilə yaxın yaşaya biləcəyi bildirilir.

9 milyon dollara başa gələn “Qiyamət anbarı”nın hazırda yeganə təhdid ünsürü ac qütb ayılarıdır. Bölgədə yaşayan 3 minə yaxın ayını anbardan uzaq saxlama üçün xüsusi mühafizəçilər burada xidmət edir.

Anbara ən son yerləşdirilən nümunələr arasında Ermənistandakı müxtəlif iqlim bölgələri ilə Tacikistandakı Pamir dağlarından gətirilən buğda var.

Yabanı bitkilərin toxumlarına da çətin hava şəraitinə qarşı dayanıqlı olması səbəbilə xüsusi əhəmiyyət verilir. Svalbard adasına ən böyük töhfəni hələ ki, ABŞ toxum bankı verir. ABŞ-dan aralarında İnka və Azteklərin qida dəyəri yüksək taxıllarından xoruzpipiyinin də içində olduğu 12 min 801 nümunə göndərilib.

Layihənin hədəfi düyü, qarğıdalı, buğda, kartof, alma, hind qozu kimi ən əhəmiyyətli 21 bitki növünün mümkün olduqca mühafizə edilməsi və növ çeşidliliyinin təmin olunmasıdır.

Yeni qərara əsasən, “Qiyamət anbarı”nda artıq kitab da depolanacaq. Norveç dövlət televiziyasının xəbərinə görə, dünyanın ən dəyərli kitablarının burada rəqəmsal film formasına çevrilərək nüvə savaşlarından və təbii fəlakətlərdən mühafizə edilməsi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR