Slimfit
  1. MƏDƏNİYYƏT

Dünyanın məşhur gitaraları

Dünyanın məşhur gitaraları
Sakura

Dünyanın məşhur gitaraları

itara dünyada ən populyar çalğı alətidir.

AZƏRTAC xəbər verir ki, təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər bir gitaranın öz incəlikləri var.

Bildiyimiz kimi rok və bluz tarixində tanınmış gitaraçıların bir-birindən fərqli gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur. B.B. Kingin məşhur “Lucille” gitarasının da öz taleyi, tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə bir-biri ilə mübahisə edir, hətta əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kingin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” qoyur.

Cimmi Peycin “Les paul” gitarası da öz məşhurluğu ilə yadda qalıb. Bu gitaraçı “Led Zeppelin” qrupunun yaradıcısıdır və öz karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 1959-cu ilin “Gibson Les Paul” gitaralarıdır. Belə güman olunur ki, hazırda o dövrədə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.

Jimi Hendrixin məşhur “Monterey” Stratocasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında “Wild thing” mahnısını ifa etdikdən sonra onu tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri olub. Belə düşünürdülər ki, Jimi gitarasını sındıracaq amma o, gözlənilməz hərəkəti ilə hamını təəccübləndirib.

Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı Stratocasterini 1973-cü ildə almışdı və uzun illər onu əlindən yerə qoymadı. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və sonra hərracda 1 milyon dollara sata bildi. Əldə olunan vəsait Claptonun yaratdığı “Narkotik və alkoqol aludəçiliyinə qarşı mərkəz”ə köçürüldü. İfaçının daha bir “Psychedelic” adlandırdığı Gibson SG markalı gitarası da olub. Clapton onu 1964-cü ildə almışdır, ancaq səhnəyə çıxarmazdan öncə onu rənglətdirmişdir. Onu rəngləyən usta bu işi yaxşı görmədiyindən rənglər biri-birinə qarışmışdır. Bu vəziyyətdə o, çox qəribə görünürdü. Sonralar bu gitara bir neçə ifaçının əlindən keçib və doxsanıncı illərə qədər onu hərraca çıxartmazdan əvvəl gitaranın sahibi amerikalı müğənni və bəstəkar Todd Rundgren olmuşdur.

“The red special”, “The fireplace” və ya “The old lady” - adları müxtəlif olsalar da söhbət “Queen” qrupunun gitaraçısı Brian Mayin bir gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. B. May belə qərara gəlir ki, öz zəhməti ilə özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdir. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edir. Gitara o dövrdə ona 18 funt sterlinqə başa gəlib. B. Mayin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brian gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də o, razılaşmır.

Brian May uzun illər öz sevimli gitarasından ayrılmadı, indi də birlikdədirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR