Slimfit
  1. DÜNYA

Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb

Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb
Sakura

Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb

Dünyanın ən zəngin insanlarının sərvəti 2019-cu ildə 1,2 trln. dollar (25%) artaraq 5,9 trln. dollar təşkil edib. 

Bu barədə  “Bloomberg Billionaires Index” (BBI) tərəfindən tərtib olunmuş reytinqdə bildirilir.

Məlumata əsasən, artım lideri fransalı biznesmen Bernar Arno (“Louis Vuitton”, “Hennessy”, “Christian Dior” və “Perignon” brendinin sahibi) olub. O, sərvətini bir il ərzində 36,5 mlrd. dollar artıra bilib və bunun da sayəsində dünyanın üçüncü ən zəngin adamı olub.

Dünyanın ən varlı insanı olan “Amazon”un təsisçisi Cef Bezos isə 9 mlrd dollar itirib. Lakin bu, onun boşanma prosesi ilə əlaqədar olub. “Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 22,7 mlrd. dollar qazanıb.

Beləliklə, dünyanın ən zəngin insanlarının TOP-5-liyi aşağıdakı kimidir:

1. Cef Bezos - $116 mlrd (-$8,75 mlrd)

2. Bill Qeyts - $113 mlrd (+$23,1 mlrd)

3. Bernar Arno - $106 mlrd (+$37,7 mlrd)

4. Vorren Baffet - $89,1 mlrd (+$5.26 mlrd)

5. Mark Zukerberq - $79.4 mlrd (+$27.4 mlrd)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR