Slimfit
  1. DÜNYA

Dünyanın ən zəngin adamının sərvəti rekordu yeniləyib

Dünyanın ən zəngin adamının sərvəti rekordu yeniləyib
Sakura

Dünyanın ən zəngin adamının sərvəti rekordu yeniləyib

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti yenidən tarixi rekordu yeniləyib. İş adamının sərvəti 182,6 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, bununla belə, iyulun əvvəlində C. Bezosun sərvəti 171,6 mlrd. dollar idi. Göründüyü kimi, ayın əvvəlindən iş adamının sərvəti 11 mlrd. dollar artaraq ikinci dəfə rekord səviyyəyə çatıb.

Bu vəziyyət "Amazon" şirkətinin səhmlərinin dəyərinin davamlı artması fonunda müşahidə olunur – cümə axşamı günü səhmlər 2,7% bahalaşaraq rekord 3 081,11 dollara çatıb, şirkətin kapitallaşması isə 1,54 trln. dollara yüksəlib. C. Bezos "Amazon"un 11,1% payına sahibdir. O, 2017-ci ildən bəri "Forbes"in ən zəngin adamları siyahısının lideridir.

Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı C. Bezosu dünyanın ən zəngin insanları arasında birinci yerə layiq görüb. Həmin vaxt onun sərvəti təxminən 113 mlrd. dollara bərabər olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR