Slimfit
  1. ARXİTEKTURA

Dünyanın ən yüksək bir dayaqlı körpüsü

Dünyanın ən yüksək bir dayaqlı körpüsü
Sakura

Dünyanın ən yüksək bir dayaqlı körpüsü

Malayziya çox fərqli və özünəməxsusdur. Kuala-Lumpur müasir sivilizasiya mərkəzidir. Lanqkavinin ada həyatı var. Bir neçə gün sonra çimərlik istirahətindən yorulursan və ətrafda maraqlı nə olduğunu maraqlanırsan.

Malayziyanın turistik həyatı Tailand və Vyetnamdakı kimi inkişaf etməyib. Həm də hökumət ölkəni inkişaf etdirmək və yeni qeyri-adi yerlər açmağa çalışır.

Lanqkavi körpüsünü müasir möcüzə adlandırırlar.

Bu körpü o qədər əzəmətli görünür ki, onu görmək üçün mütləq bu yerə getməlisiniz. Körpüdən dağlar, tropik bitkilər, yaxın göy üzü və yaxınlıqdakı dənizə gözəl mənzərə açılır.

Körpü 2004-cü ildə tikilib, ziyarət üçün isə 2005-ci ildən açılıb və dünyada bir dayaqlı ən yüksək körpü hesab edilir. Bütün körpü bir yüksək metaldan olan dayağın üzərində dayanır.

Faktiki olaraq o uçurum üzərindədir, aşağıdan heç bir dayağın olmaması körpünün insanın üzərinə gəlməsi illüziyası yaradır. Küləkli günlərdə bu illüziya daha da güclənir. Körpünün uzunluğu 125m, eni 1,8m-dir və Qanunq dağının iki zirvəsini birləşdirir. Körpünün kənarlarında üçbucaq platformalar yerləşir ki, oradan Siz Andaman dəniz və yaxın adalara olan gözəl mənzərəyə baxa bilərsiniz.

Landkawi Sky Bridge dünyanın ən qəribə asma körpülərinin siyahısına daxildir və onun tikintisi də qeyri-adi olub. Körpünün bütün hissələri əvvəlcə vertolyotla dağın başına qaldırılıb, sonra isə yerində yığılıb və kanatla möhkəmləndirilib. Xüsusilə kanat yolu ilə qaldırmaq qeyd olunmalıdır. O ümumi uzunluğq 2,2km olmaqla iki hissədən ibarətdir. Qaldırmaq təxminən 20 dəqiqə çəkir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR