Slimfit
  1. MARAQLI

Dünyanın ən yüklü aviamarşrutu Cənubi Koreyada yerləşir

Dünyanın ən yüklü aviamarşrutu Cənubi Koreyada yerləşir
Sakura

Dünyanın ən yüklü aviamarşrutu Cənubi Koreyada yerləşir

Cənubi Koreyada Seul və Çecudo adasının Çecu şəhərləri arasındakı aviamarşrut 2017-ci ildə dünyanın ən yüklü aviamarşrutu olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb. Məlumata görə, Seul–Çecu marşrutundan il ərzində 11 milyondan çox insan istifadə edib. Bu göstərici sərnişin yüklənməsinə görə dünyada ikinci olan Yaponiyanın Tokio və Sapporo şəhərləri arasındakı aviamarşrutdan 3 milyon nəfər çoxdur. Seul və Çecu şəhərləri arasındakı daxili reyslər o qədər populyardır ki, təyyarələr hər 15 dəqiqədən bir havaya qalxır. Uçuş müddəti bir saatdan az çəkir.

Aviamarşrutun populyarlığı əsasən Cənubi Koreyaya istirahətə gələn çinli turistlərin çoxluğu ilə bağlıdır. “Çinliləri buraya vizasız rejim, həmçinin ölkələrində qadağan olunan kazinoların bolluğu cəlb edir”, - qəzet belə yazır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR