Dərc edildi: Baxış sayı: 1016
Dünyanın ən yeni adasında həyat başladı — NASA ilk fotoları yaydı
Tonqa yaxınlığında 4 il əvvəl sualtı vulkan püskürməsi nəticəsində yaranan adanın quşlara və çiçəklərə ev sahibi olduğu müəyyən edilib.
“Ölkə.Az” xəbər verir ki, Nukualofa şəhərindən 70 km şimali-qərbdə yerləşən Hunqa Tonqa ilə Hunqa Hapai adaları arasında 4 il əvvəl püskürən vulkan lavalarının yaratdığı adaya alimlər səfər ediblər.
Tonqalı geoloqlar və NASA-nın alimləri səfər zamanı adada quş növləri və çiçəklərə rast gəliblər. İlkin ehtimala görə, ətraf adalarda yaşayan quşların nəcisi ilə çiçək toxumlara adaya gəlib və ya dünyanın ən yeni adasının öz strukturunda yaranıb.
Hunqa Tonqa ilə Hunqa Hapai adaları arasında vulkan püskürdükdən sonra iki adanı bir-birinə bağlayan vulkanik adanın bir neçə il sonra sulara qərq olacağı düşünülürdü. Amma tədqiqatlar sübut edib ki, ada ən azı 30 il mövcud olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət