Dərc edildi: Baxış sayı: 489
Dünyanın ən yaxşısından daha bir REKORD
Ötən gün Millətlər Liqasında növbəti turun matçları keçirilib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, Stoqholmda keçirilən matçda İsveç Portuqaliya millisini qəbul edib. Matç 2:0 hesabı ilə portuqaliyalıların xeyrinə başa çatıb.
Hər iki qolun müəllifi futbol əfsanəsi, əksər ekspertlər tərəfindən dünya futbol tarixinin ən yaxşısı kimi təqdim edilən Kriştianu Ronaldu olub. Futbolçu atdığı qollar onun milli komanda karyerasında müvafiq olaraq 100-cü və 101-ci qollar olub.
Beləliklə, o, yığma komandanın heyətində qol sayı 100-ü keçən ilk avropalı kimi tarixə düşüb.
Xatırladaq ki, dünya tarixində ən çox qol müəllifi İran yığma komandasının hücumçusu Əli Daeyi olub. O 109 qol müəllifidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət