Slimfit
  1. DÜNYA

Dünyanın ən yaşlı şirkətləri

Dünyanın ən yaşlı şirkətləri
Sakura

Dünyanın ən yaşlı şirkətləri

Dünyanın ən yaşlı şirkətlərinin əksəriyyəti Yaponiyadadır. Belə ki, Yaponiyanın zəngin tarixi və iqtisadiyyatı var.

Bununla belə, uzun yaşam tarixi və min ildən çox mövcud olan digər şirkətlər də var. 

İnsider.az dünyanın 10 ən yaşlı şirkətini təqdim edir:

10. “Marinelli Bell Foundry”

Yaşı: 978 il

Təsis edilmə ili: 1040 

Ölkə: İtaliya 

Sektor: Tökmə istehsalı

Öz movcudluğunun davamiyyətinə şirkət dar ixtisaslaşdırılmaya borcludur. Ən başından indiyənədək şirkət ancaq zəng-zınqırov və onlarla bağlı hər şey - qarmaqdan tutmuş zəng qülləsinin karkaslarınadək istehsal edir.

Marinelli ailəsi tərəfindən idarə olunan və Roma Papasının xüsusi himayədarlığında olan şirkətin, həqiqətən də, hazırda mövcud tökmə şirkətlərindən ən yaşlı olması sənəd üzərində də təsdiqlənir. Şirkətin ərazisində İsanın doğulmasından 1000-ci ildə tökülmüş və Anyane şəhərinin sənədi ilə təsdilənmiş (hüquqşünaslar da təsdiq edir) ilk zınqırov (ekspertlər də yaşını təsdiqləyir) qorunur.

9. “Shumiya Shinbutsuguten”

Yaşı: 994 il

Təsis edilmə ili: 1024

Ölkə: Yaponiya

Sektor: Dini mallar

Şirkət 1024-cü ildə yaranıb və daha çox dini mərasimlərə aid əşyaların istehsalı üzrə ixtisaslaşıb.

Şirkət, ətirli çubuqları, tabutları, eləcə də mərmər heykəllər satır.

8. “Chateau de Goulaine”

Yaşı: 1018 il

Təsis edilmə ili: 1000-ə yaxın

Ölkə: Fransa

Sektor: Şərabçılıq

"Houte-Goulane" kommunasında, Nantdan cənub-qərbə 17 km aralıqda yerləşən “Chateau de Goulaine” çaxır hazırlanma məntəqəsi tarixi abidə kimi təsnif olunur və dünyada ən qoca şirkət hesab edilir.

Luara vadisində yerləşən “Château de Goulaine” XI əsrin əvvəllərindən şərab istehsal edir.

“Château de Goulaine” bütün bu zaman ərzində, demək olar ki, fasiləsiz olaraq bir ailənin idarəçiliyində olan zəmin sahəsini əhatə edir.

7. “Nakamura Shaji”

Yaşı: 1048 il

Təsis edilmə ili: 970

Ölkə: Yaponiya

Sektor: Tikinti

Baxmayaraq ki, bu şirkət min ildən çoxdur fəaliyyət göstərir, o, dünyanın ən qoca şirkəti deyil.

Bu, Yaponiyanın ikinci ən yaşlı şirkətidir.

Lakin ən qoca tikinti şirkətinin bu yaxında bağlandığı üçün məhz bu şirkət biznesdə lider oldu.

6. “Royal Mint”

Yaşı: 1132 il

Təsis edilmə ili: 886

Ölkə: Böyük Britaniya

Sektor: Sikkə pərçimlənməsi

Kral sikkəxanasının Böyük Britaniya tarixi ilə bağlı olan çox zəngin tarixi vardır.

Kral sikkəxanası sikkə pərçimlənməsinə hüququ olan Böyük Britaniyanın dövlət müəssisəsidir.

O, İngiltərədə xəzinədarlıq kansleri adını daşıyan maliyyə naziri tərəfindən idarə edilir. Bu gün sikkəxana sikkədən savayı kağız pul və medal da buraxır.

Hal-hazırda kral sikkəxanası Uels knyazlığından bir qədər aralıda balaca Lantrisant şəhərciyində yerləşir. O, 30 hektarlıq zəmin sahəsini əhatə edir və Avropada ən qüvvətli istehsalatla öyünə bilər.

5. “Tanaka Iga”

Yaşı: 1133 il

Təsis edilmə ili: 885

Ölkə: Yaponiya

Sektor: Dini mallar

Kiotodan olan “Tanaka-Iga” yapon şirkəti sitayiş təyinatlı malların istehsalı ilə məşğul olan mövcud müstəqil şirkətlərdən ən qocası hesab edilir.

Şirkət balaca zınqırovlar, həmayil, xüsusi mebel, çıraqlar və buddist məbədi üçün lazım olan digər əşyaları istehsal edir.

4. “Monnaie de Paris”

Yaşı: 1154 il

Təsis edilmə ili: 864

Ölkə: Fransa

Sektor: Sikkə pərçimlənməsi

Paris sikkəxanası (Monnaie de Paris) fransız milli valyutası üçün yaradılmış dövlət sənaye və kommersiya müəssisəsidir. 864-ci ildə təsis olunmuş bu şirkət ən qoca dövlət müəssisəsidir.

2007-ci ilə qədər sikkəxana iqtisadi, maliyyə və sənaye nazirliyinə daxil idi. Paris sikkəxanası sərbəstlik əldə etdi və ona hüquqi şəxs statusu verildi. Hazırda Paris sikkəxanasında iki binada – “Hôtel de la Monnaie” (əməkdaşların 55%-i) və Jironda departamentində yerləşən müəssisədə (əməkdaşların 45%-i) – çalışan 500 əməkdaş xidmət edir.

3. “Staffelter Hof”

Yaşı: 1156 il

Təsis edilmə ili: 862

Ölkə: Almaniya

Sektor: Şərabçılıq

“Staffelter Hof” Reynland-Pfaltsda, Bernkastel-Vittlix rayonunun Kröf şəhərciyində şərab zavoduna sahib olan alman şirkətidir. Öz mövqeyini dünyanın ən yaşlı şirkətlərindən biri kimi göstərir.

Qədimliyə olan iddiaları 862-ci ildə II Lotarın yerli üzümlükləri Stavlodakı (müasir Belçika ərazisində) məhşur abbatlığa hədiyyə etməsinə dair Lyej arxivinin sənədlərinə söykənir.

Bu zəmin sahəsi Napoleonun 1804-cü ildə kodeksinin işə düşməsinin başlanğıcına qədər abbatlığın mülkü olaraq qalırdı.

1805-ci ildə Peter Şnayders 17733 talerə üzümlüklərin yarsını aldı. Beləliklə, şirkətin XVIII əsrin sonunda təsis olduğunu söyləmək daha düzgün olardı.

Sonradan bu əraziyə 7 nəsil sahib oldu. Hazırki şərabçı Yan Matia Klyayn şirkətin başına 2005-ci ildə keçib.

2. “Genda Shigyō Paper Industries”

Yaşı: 1247 il

Təsis edilmə ili: 771

Ölkə: Yaponiya

Sektor: Kağız istehsalı

“Genda Shigyo” da yapon şirkətidir. Lakin bu yapon şirkəti kağız paketi, açıqçalar üçün bəzəklər və ad günü ilə toy məclislərinə dəvətnamə və bu kimi digər məhsulların istehsalı ilə məşğuldur.

Şirkətin fəaliyyəti ənənələrə söykənir. Paketlərin rəngi, lentlərin sayı, onların yerləşməsi – bunların hamsının öz müəyyən qisməti, təyinatı var.

“Genda Shigyo” prezidentinin qeyd etdiyi kimi, hazırda ölkənin gənc nəsli getdikcə belə xırda detallara az əhəmiyyət verir, buna görə də yaranmış vəziyyət qədim şirkətin biznesinə heç də yaxşı təsir göstərmir.

1. “Kongō Gumi”

Yaşı: 1428 il

Təsis edilmə ili: 578

Ölkə: Yaponiya

Sektor: Tikinti

“Konqo qumi” ilk yapon şirkətidir. Vaxtilə dünyanın ən yaşlı sənaye şirkəti olan “Konqo qumi” Yaponiyada ailə klanı idarəçiliyi altında 578-ci ildən 2006-cı ilə kimi fəaliyyət göstərib.

578-ci ildə şəhzadə-naib Sötoku Osakada indi də duran Sitenno buddist məbədinin tikintisi üçün Koreyanın Pekçe krallığından Konqo ailəsinin soy başını gətirir. Konqo Qumi ailəsi Osakada (XVI əsr) və Xorü-dzi məbədi daxil Yaponiyanın bir çox məhşur tikililərin inşasında iştirak edib.

Şirkət arada öz fəaliyyət sahəsini dəyişirdi. Belə ki, İkinci Dünya Müharibəsi zamanı “Konqo Qumi” tabut istehsal edirdi. XX əsrin 80-ci illərindən şirkət aktiv şəkildə daşınmaz əmlaka pul qoyurdu, lakin ardınca gələn iqtisadi böhrandan sonra özünə gələ bilmədi.

2006-cı ilin yanvarında şirkətin aktivləri “Takamatsu” korporasiyası tərəfindən əldə olundu. Təsviyyə anına kimi şirkətin fəaliyyəti illik təxminən 70 milyon dollar gəlir gətirirdi.

Samirə Məmmədova

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR