Slimfit
  1. DÜNYA

Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb

Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb
Sakura

Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb

BMT-nin reytinqinə görə, Finlandiya artıq ardıcıl ikinci il dünyanın ən xoşbəxt ölkəsi oldu.

ONA-nın məlumatına görə, "World Happiness" adlı hesabatda bildirilir ki, tədqiqat çərçivəsində dünyanın 156 ölkəsi 6 əsas parametr üzrə təhlil olunub. Sözügedən parametrlər adambaşına düşən ÜDM-i, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya və səxavətlilik səviyyəsini əhatə edir.

Teytinqin ilk pilləsində 7,769 indeksi ilə Finlandiya qərarlaşıb. Siyahıda ikinci yeri Danimarka (7,600), üçüncü yeri isə Norveç (7,554) tutub. Reytinqin ilk beşliyini İslandiya (7,494) və Niderland (7,488) tamamlayır.

Siyahının ilk onluğuna İsveçrə (7,480), İsveç (7,343), Yeni Zelandiya (7,307), Kanada (7,278) və Avstriya (7,246) daxil olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR