Slimfit
  1. İDMAN

Dünyanın ən varlı qadın idmançıları

Dünyanın ən varlı qadın idmançıları
Sakura

Dünyanın ən varlı qadın idmançıları

“Forbes” jurnalı 2018-ci il ərzində ən çox qazanan qadın idmançıların reytinqini açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahıya ABŞ tennisçisi Serena Uilyams başçılıq edir.

Onun builki qazancı 18,1 milyon dollara çatıb. İlk “6-lıq”da digər tennisçilər – Karolin Voznyatski (13 milyon dollar), Sloun Stivens (11,2 milyon dollar), Qarbinyo Muqurusa (11 milyon dollar), Mariya Şarapova (10,5 milyon dollar) və Vinus Uilyams (10,2 milyon dollar) da qərarlaşıb.

“10-luğ”a isə digər növlərdən yalnız 2 nəfər – badmintonçu Pusarla Venkata Sindhu (8,5 milyon dollar) və avtomobil idmanı növündə çıxış edən Danika Patrik (7,5 milyon dollar) düşüb.

Qeyd edək ki, Serena Uilyams ardıcıl üçüncü ildir dünyanın ən bahalı idmançısı sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR