Slimfit
  1. MARAQLI

Dünyanın Ən UĞURLU insanlarından Uğurun tərifi

Dünyanın Ən UĞURLU insanlarından Uğurun tərifi
Sakura

Dünyanın Ən UĞURLU insanlarından Uğurun tərifi

Həyatda hər kəs bu və ya digər dərəcədə uğurlu olmaq üçün çalışır. Hər kəsin uğura münasibəti də əlbəttə ki, müxtəlifdir. Bəs, uğur anlayışını dünyanın ən uğurlu insanlarından dinləmək istərdinizmi? Elə isə gəlin, uğura bir də onların nəzərindən tərif verək...

1) Stiv Cobs: Hər şeylə maraqlanan və yaradıcı olmaqdır.

Kollec təhsilini yarıda buraxan, qurucu ortağı olduğu “Apple” şirkətindən qovulan Stiv Cobs, daha sonra təsis etdiyi “NeXT” şirkəti ilə heç zaman “Apple” – dakı uğuruna çata bilməmişdi. Daha sonra “Apple” – da yaşanan böhranlar Cobs üçün CEO – luğa gedən yolu açdı. Stiv Cobsun qətiyyətli və diqqətli idarəçiliyi ilə  iPod, iPad və iPhone kimi olduqca uğurlu modellər istehsal edildi. Tənəzzülün astanasında olan şirkət bir anda dünyaca məşhur şirkətlərdən birinə çevrildi.

“O vaxtlar başa düşməsəm də, “Apple” – dan qovulmaq həyatım boyunca başıma gələn ən yaxşı hadisə idi. Uğurlu olmağa çalışmağın yükü yenidən başlamağın rahatlığı ilə yer dəyişdirdi və həyatımın ən yaradıcı mərhələsinə qədəm qoymağıma şərit yaratdı...”

2) Ceff Bezos: Mütəxəssisə çevrilməkdir.

Nyu Meksikoda dünyaya gələn Bezos, Hyustonda anası və ögey atası ilə birlikdə böyüdü. Kollec təhsilini bitirdikdən sonra müxtəlif işlərdə çalışdı və 30 yaşında vitse-prezident olduğu şirkətdən onlayn kitab satışı ilə məşğul olmaq üçün istefa etdi. 1994 – cü ildə dünyanın ən böyük onlayn pərakəndə şirkəti olan “Amazon” – u qurdu və o, bugün dünyanın ən varlı insanlarının olduğu siyahının ilk pillələrindədir.

“Əgər işinizdəki xırdalıqları başa düşməsəniz, uğur qazana bilməyəcəksiniz.”

3) Tim Kuk: Müştəriyə istiqamətlənməkdir.

Stiv Cobs – un “Apple” şirkətindəki yerini doldurmaq elə də asan olmasa da, Tim Kuk buna nail ola bildi. Bildiyimiz kimi şirkətin uğurunun sirri müştərilərinə təkrarsız xidmət göstərməyi məqsəd olaraq müəyyənləşdirmələridir. Tim Kuka görə də uğur, məhz müştərinin gözləntilərini qarşılaya bilməkdir.

“Apple təchizatı, proqramlaşdırmanı və servis xidmətlərini bir bütünə çevirərək istifadəçiyə “Bax, məhz bu” deyə düşündürə bilən bir şirkətdir. Bu fikirləri götürüb bizim daxil olmadığımız hər hansı bir bazar üçün tətbiq edə bilərsiniz.”

4) Richard Branson: Risk almaqdır.

“Virgin Group” şirkətinin yaradıcısı Richard Branson hazırda 400 – dən çox şirkətin sahibidir. İş həyatına çox erkən yaşlarda başlayan Branson hələ 16 yaşında ikən “Student” adlı bir jurnal dərc etdirdi. Milyonçu iş adamı və Birləşmiş Krallığın ən varlı şəxslərindən biri olan Richard Branson hər zaman sərhədləri aşmağa çalışması ilə tanınıb.

“Uğurlu olmaq üçün qeyri-adi işlər görməyinizə ehtiyac yoxdur, sadəcə başqalarının etmək istəmədikləri işləri icra edin.”

5) Bill Qeyts: Hər zaman daha yaxşısını istəməkdir.

“Microsoft” – un qurucusu olan Bill Qeyts müntəzəm olaraq dünyanın ən varlı insanlarının siyahısına daxil edilir. Dünyanın ən böyük şirkətlərindən birini yaratmasına baxmayaraq, hələ də daha çox fürsət əldə etməyə çalışır.

“Ağlımda müəyyən bir “bitiş xətti” olsaydı, sizcə də çoxdan o nöqtəyə çatmış olmazdımmı?”

6) Opra Uinfri: Fərqli düşünməkdir.

Yoxsul və gənc bir qadının qızı olaraq dünyaya gələn Opra Uinfri həqiqətən də uğura təkbaşına nail olmuşdur. “The Oprah Winfrey Show” ilə böyük məşhurluq qazanan Uinfri 1999 – cu ildə qurucu ortağı olduğu qadınlar üçün video və internet konteksləri istehsal edən “Oxygen” şirkəti ilə uğurlarına bir yenisini daha əlavə etdi.

“Özünüzü okeanda bir dalğa olaraq da görə bilərsiniz, okeanın özü olaraq da...”

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR