Slimfit
  1. MARAQLI

Dünyanın ən uğurlu biznesmenləri bu 4 şeyə enerjilərini sərf etmirlər

Dünyanın ən uğurlu biznesmenləri bu 4 şeyə enerjilərini sərf etmirlər
Sakura

Dünyanın ən uğurlu biznesmenləri bu 4 şeyə enerjilərini sərf etmirlər

“Enerjini sərf etdiyin şeylər, həyat keyfiyyətini müəyyənləşdirir”.

Uğurlu insanların bəzi ortaq özəllikləri var. Məsələn, enerjilərini hədər edərək özlərini hədəflərindən uzaqlaşdıracaq şeylərdən uzaq dururlar. Onların əksəriyyəti enerjisini düzgün istifadə etməyə və özünə faydası olmayacaq şeyləri həyatlarından çıxartmağa çalışırlar. Biznes dünyasında yüksək nəticə əldə etməyi bacarmış insanların enerjilərini qorumaq üçün etmədikləri bu 4 şeyə baxaq:

1) Kin saxlamaq

Bill Qeyts

“Həyat uzun müddət kin saxlamaq üçün çox qısadır” – Elon Mask

Mənfi duyğular, zehnimizi müsbət duyğularla müqayisədə daha çox yorar. Əgər zehniniz mütəmadi kin və qısqanclıq kimi mənfi düşüncələrlə məşğuldursa, enerjiniz getdikcə azalacaq və önəmli şeylərə fokuslanmağınız çətinləşəcək deməkdir.

Oprah Vinfrey və Bill Qeyts kimi uğurlu insanlar həyatlarında həmişə düzgün yolla getməyin önəmini vurğulamışlar. Müsahibələrində həmişə müsbət düşüncələrə sadiq qalmağı və pozitiv olmağı məsləhət görmüşlər.

“Zəif insanlar intiqam alar. Güclü insanlar bağışlayar. Ağıllı insanlar fikir verməzlər” – Albert Eynşteyn

2) Kiçik və məhdud düşünmək

Riçard Branson

Riçard Branson və həyat yoldaşı təyyarə ilə Puerto Rikoya gedərkən uçuş səfəri təxirə salınır. Yüzlərlə sərnişin şikayət edərkən Riçard Bransonun ağlına bir fikir gəlir:

Branson eyni istiqamətə gedən bir təyyarə axtarır. Təxirə salınmış təyyarədəki sərnişinləri götürə biləcək böyüklükdə bir təyyarəni tapdığında isə, həmin təyyarəni kirayə götürür və həmin təyyarədəki yerləri 39 dollardan satır.

Böyük və yaradıcı düşünmək uğurlu insanların ortaq cəhətlərindən biridir.

“Yaradıcılıq, nöqtələri birləşdirməkdir” – Stiv Cobs

3) Şikayət etmək və başqalarını günahlandırmaq

Toni Robins

Uğurlu insanları incələdiyimizdə onlar şikayət etmək yerinə hadisələrə adaptasiya olduqlarını və bir problem gördüklərində həllini düşündükləri müşahidə edilmişdir. Bunun səbəbi şikayət etmək və günahı başqalarının üstünə atmağın qısa müddətdə də, uzun perspektivdə də heç bir faydasının olmamasıdır.

“Liderlər vaxtlarının 5%-ni problemə, 95%-ni isə həmin problemin həlli yollarını düşünərək sərf edərlər” – Toni Robins

4) Rahatlığa vərdiş etmək

Elon Mask

Dinamik yaşamaq və mütəmadi yeni şeylər sınayaraq riskə getmək, uğurlu insanların bir çoxunun sahib olduğu özəllikdir. Özlərini rahat hiss etdikləri anda, sahib olduqlarını itirmək riski olsa da, yenidən narahatlılıq hissi onlarda bir növ refleksə çevrilmişdir deyilə bilər.

Elon Maskın “SpaceX”ı təsis etməsi eynən bu refleksə dayanır. Məlumatlı və mütəxəssis olmadığı sahələrdə startap yaratmaq və bu startapa çox böyük pullar xərcləmək özünü rahat hiss etmək istəyən insanın deyil, xəyalını həyata keçirmək istəyən insanın edəcəyi bir həmlədir. Elon Mask özünə bu sözləri desəydi bütün bunlar reallaşa bilərdi? “Bu işlərə girməyim, çünki elektrikli avtomobillər və yenidən istifadə oluna bilən raketlər üzrə mütəxəssis deyiləm”.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR