Dünyanın ən ucqar yeri: Tristan da Cunha adası
1506-cı ildə admiral Tristao da Cunha tərəfindən kəşf edilən adaya ən yaxın qitə şəhəri 2.778 km şərqdə yerləşən Cape town-dur.
Sadəcə 3 həftədə bir, gəmi vasitəsi ilə gedilməsi mümkün olan bu adada 275 nəfər yaşayır.
Adanın əsas gəlir məbəyi balıqçılıqdır.Tristan da Cunha adasında, hər birindən 1 dənə olmaqla supermarket, xəstəxana, poçt məntəqəsi, məktəb, muzey və şirniyyat evi vardır.
Eyni zamanda adada pul xərcləyəcək çox yer olmadığı üçün pula elə də ehtiyac duyulmur.Hal-hazırda İngiltərəyə bağlı olan adaya getmək üçün İngiltərə vizası almaq vacibdir.
Əgər adaya turist kimi getmək istəsəniz, çoxlu balıq tuta bilər və yüksək volkanik dağlarında rahat istirahət edə bilərsiniz.
Və sonda deyək ki, adada hostel olmadığına görə, qalmaq üçün çadıra və ya tanış bir insana ehtiyacınız ola bilər.
Tərcümə: Güllü Nağıyeva
Mənbə: Banco.az
[haber=926]
[haber=1365]
[haber=1356]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət