Slimfit
  1. DÜNYA

Dünyanın ən tıxaclı yollarının reytinqi tərtib olunub

Dünyanın ən tıxaclı yollarının reytinqi tərtib olunub
Sakura

Dünyanın ən tıxaclı yollarının reytinqi tərtib olunub

Qlobal naviqasiya sistemi istehsalçısı “TomTom” şirkəti bu ilin yaz aylarında dünyanın ən tıxaclı yolları olan şəhərlərin reytinqini tərtib edib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən siyahı iri şəhərlərin avtomobil yollarının monitorinqi əsasında hazırlanıb. Reytinqdə əhalisi 800 mindən çox olan şəhərlər iştirak edib.

Siyahının ilk pilləsində Mexiko qərarlaşıb. Bu şəhərin yolları əsasən axşam saatlarında yüklənir. Meksika paytaxtının sakinləri orta hesabla tıxaclarda ildə 227 saat və ya gündə 59 dəqiqə keçirirlər. Şəhər yollarının ümumi uzunluğu 55 419 km təşkil edir və bundan yalnız 1 050 km-i sürətli yolların payına düşür.

Reytinqin ikinci yerini Banqkok (Tailand) tutub. “TomTom”un məlumatına görə, Banqkok sakinləri ilin 244 saatını və ya günün 64 dəqiqəsini tıxaclarda keçirirlər. Şəhər yollarının ümumi uzunluğu 40 837 km, o cümlədən sürətli yolların uzunluğu 650 km təşkil edir.

Reytinqin ilk üçlüyünü İndoneziyanın paytaxtı Cakarta tamamlayır. Paytaxt sakinləri ildə 184 saat və ya gündə 48 dəqiqə tıxaclarda olurlar. Şəhərdə avtomobil yollarının uzunluğu 42 073 km, sürətli yolların uzunluğu isə 963 km-dir.

Çinin Çuntsin şəhəri 4-cü pillədə yer alıb. Burada insanlar ilin 212 saatını və ya günün 55 dəqiqəsini tıxaca sərf edirlər. Şəhər yollarının ümumi uzunluğu 6 215 km, o cümlədən sürətli yolların uzunluğu 201 km təşkil edir.

Siyahının 5-ci pilləsində yolların ümumi uzunluğu 6 453 km, sürətli yolların uzunluğu isə 162 km olan Buxarest şəhəri qərarlaşıb. Rumıniya paytaxtının sakinləri ildə 218 saat və ya gündə 57 dəqiqə tıxaclarda olurlar.

Türkiyənin İstanbul şəhəri reytinqin 6-cı yerinə layiq görülüb. İstanbullular ilin 175 saatını və ya günün 47 dəqiqəsini tıxaclara sərf edir. Şəhər ümumi uzunluğu 18 178 km təşkil edən avtomobil yollarına, o cümlədən uzunluğu 387 km olan sürətli yollara malikdir.

Reytinqin 7-ci yerində Çinin daha bir şəhəri – Çendu qərarlaşıb ki, buranın sakinləri ilin 176 saatını və ya gündə 46 dəqiqə tıxacda olur. Şəhər yollarının uzunluğu 8 962 km təşkil edir ki, bunun da 406 km-i sürətli yolların payına düşür.

Braziliyanın Rio-de-Janeyro şəhəri siyahıda 8-ci yeri tutur. Şəhər yollarının uzunluğu 20 211 km, o cümlədən sürətli yolların uzunluğu 208 km təşkil edir. Bu şəhərin sakinləri ilin 164 saatını və ya günün 43 dəqiqəsini tıxacda olurlar.

Siyahının 9-cu yerini isə daha bir Çin şəhəri – Taynan tutur. Şəhərdə yolların uzunluğu 7 833 km, həmçinin sürətli yolların uzunluğu 165 km-dir. Şəhər sakinləri ildə 143 saat və ya gündə 37 dəqiqə tıxacdan əziyyət çəkirlər.

Nəhayət, reytinqi 10-cu yerdə qərarlaşan Pekin tamamlayır. Çinin paytaxtı 22 200 km uzunluğunda avtomobil yollarına malikdir, onun da 1 186 km-i sürətli yolların payına düşür. Paytaxt sakinləri ilin 179 saatını və ya günün 47 dəqiqəsini tıxaclarda keçirilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR