Dünyanın ən təvazökar, utancaq, zibildaşıyan futbolçusu
Fransa ilə DÇ-nı qazanan Ngola Kante hazırda mövqeyinin ən yaxşısıdır.
“Lester Siti” və “Çelsi” klubları ilə premer liqa çempionu olan Kante son günlər təvazökarlığı ilə gündəmdədir.
Malidə doğulan Kante ailəsi ilə birgə qaçqın kimi Fransaya köçüb. Hələ uşaq vaxtlarında Kante zibil daşıyan kimi işləyərək ailəsinə kömək edir. Zəhmətkeşliyi ilə fərqlənən oyunçu 12 yaşında PSJ klubunun azyaşlılar komandasına qəbul olunur. Ancaq boyu çox balaca olduğundan komandadan qovulur.
2011-də 3-cü liqa təmsilçisi “Bolunye” klubuna transfer olunur. Maşın almağa pulu çatmayan futbolçu məşqlərə samokat ilə gəlməli olur. Yalnız əsas liqa təmsilçisi “Kan”-a keçdikdən sonra özünə Renault “Clio” alır. İllər sonra “Çelsi” klubuna transfer olur və maşınını dəyişib “Mini Cooper” alır.
Bir dəfəsində məşqə gecikdiyinə görə 100 dollar cərimələnir. “Afrikada ac insanlar olduğu halda mən necə 100 dollar cərimə verim” – deyərək cəriməni ödəməkdən boyun qaçırır.
DÇ-da Argentina millisi ilə oyundan sonra Messini zərərsizləşdirməsinə görə təbrik edilən oyunçu etiraz edərək “Yox, yox, bunu komanda yoldaşlarımla birlikdə etdik” deyir.
Fransa çempion olduqdan sonra utancaq Kante kuboka yaxın durmur. Bunu görən komanda yoldaşı Stiven Nzonzi digər komanda yoldaşlarına kuboku Kanteyə də vermələrini xahiş edir.
Mənbə: Minval.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət