Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən sürətli maşınları

Dünyanın ən sürətli maşınları
Sakura

Dünyanın ən sürətli və eksklüziv kabrioletlərini diqqətinizə təqdim edirik

Dünyanın ən sürətli və eksklüziv kabrioletlərini diqqətinizə təqdim edirik.

Fins.az xəbər verir ki, adətən kabrioletlər isti yay günlərində sakit və rahat hərəkətləri ilə yadda qalırlar. Lakin kabrioletlərin hamısı sakit hərəkət üçün deyilmiş. Bir çox modellər var ki, onlar sizə sportkar keyfiyyəti verə bilirlər, onlardan bəziləri hətta çox sürətlidir. Sizin üçün müxtəlif istehsalatçılara aid olan ən sürətli 7 rodster seçmişik. Onların bəziləri hətta Formula-1 bolidlərindən də sürətlidir.

7. Porsche 918 Spyder

Porsche həmişə yürüş avtomobilləri ilə məşhur olub. Bu alman avtomobil nəhəngini 2010-cu ildə Cenevrə avtosalonunda dünyanı heyran edə bildi – 918 modeli təqdim edildi. Üç il sonra sportkar məhdud sayda (918 ədəd) satışa çıxarıldı. Avtomobilin əsas cəhəti onun çox güclü və qənaətcil hibrid mühərrikə sahib olmasıdır – 100 km məsafəyə 3,1 litr yanacaq. Təəccüblənirsiniz? Hələ dayanın, axı bu 4,6-litrlik V8 həm də 608 a.g. və 528 Nm fırlanma anına malikdir. Bu da son deyil, iki elektrik mühərriki də əlavə 282 a.g. verir. Karbon plastikdən olan korpus isə avtomobilin 100 km/saata cəmi 2,6 saniyəyə sürətlənməsinə şərait yaradır. Maksimal sürət isə 344 km/saatdır.

6. Lamborghini Aventador SV Roadster

Porsche-dən bir il sonra Cenevrə avtosalonunda ziyarətçilərə Lamborghini Aventador təqdim edildi – bu, möhtəşəm italyan sportkarıdır. 2016-cı ildə Aventador təkmilləşdirilib və hələ də istehsal edilir. Bunun nəyə görə belə olması isə hamıya məlumdur. Bu italyan vəhşisi hər bir avtomobil sevənin ürəyincə təchiz olunub – 6,5-litrlik benzin V12. Mühərrikin səsi istənilən sportkar həvəskarını dəli edə bilər, lakin onun dinamik xarakteristikası daha cəlbedicidir. Rodster banında olan bu bolid 730 a.g. və 690 Nm fırlanma anına malikdir, 100 km/saata 3,1 saniyəyə sürətlənir, maksimal sürət isə 349 km/saatdır.

5. McLaren Mercedes SLR Stirling Moss

Siz hələ də hansı avtomobil ilə yüngül küləkdə hərəkət etmək istəməyinizə qərar verməmisiniz? McLaren Mercedes SLR Stirling Moss-a diqqət yetirin. Sportkarın bu versiyası Britaniyanın əfsanəvi pilotunun şərəfinə adlandırılıb və cəmi 75 ədəd istehsal edilib. Bu unikal kabrioletin dinamik xarakteristikası da gözəldir – 5,4-litrlik V8 640 a.g.-ə malikdir və maksimal sürəti 354 km/saatdır. O, yerindən ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir. Düzdür, bu, bizim siyahıda elə də cəld avtomobil deyil, lakin baxın, o, necə gözəldir.

4. Pagani Zonda Cinque Pagani

Zonda 18 ildir ki, istehsal edilir. Lakin əgər məhz bu versiyadan danışsaq, italyan istehsalçı bu sportkardan cəmi 5 ədəd istehsal edib və satıb. Onların hər biri 2009-cu ildə 2,2 milyon dollara satılıb. Mühəndislər rodsterin aerodinamikası ilə bağlı problemi həll etmək məqsədilə məxsusi olaraq bu versiya üçün dizayn hazırlayıblar, sürət qutusunu dəyişiblər, mühərriki 669 a.g. və 780 Nm-dək gücləndiriblər. Bunun sayəsində avtomobil ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir, maksimal sürət isə 355 km/saatdır.

3. Bugatti Veyron Grand Sport Vitesse

İstehsalçının bildirdiyinə görə, bu, dünyada ən güclü rodsterdir. Onların belə deməyə haqları var. 2012-ci ildə istehsal edildikdə o, ən güclü superkar idi, 100 km/saata cəmi 2,6 saniyəyə sürətlənirdi. Əsas məsələ isə ondadır ki, kapotun altında 1200 a.g. və 1500 Nm fırlanma anına malik olan 8-litrlik V16 dayanır. Bu güc iki tonluq sportkara maksimal olaraq 408 km/saat sürət yığmaq üçün lazım idi.

2. Hennessey Venom GT Spyder Amerikanın dizayner atelyesi öz idman avtomobilləri ilə məşhurdur. Lakin Hennessey Venom GT şirkətin mühəndislərinin ən gözəl işi oldu. Onlar Lotus Exige-i 1244 a.g. və 1566 Nm fırlanma anı olan iki turbolu 7-litrlik V8 ilə təchiz etdilər. Bəli, bu avtomobil Formula-1 bolidindən daha güclü və cəlddir. Əgər bu göstəricilər sizi heyran etmədisə, onda buna baxın – 2016-cı ildə atelye Spyder-i təkmilləşdirərək onun mühərrikini 1451 a.g.-dək gücləndirdilər, maksimal sürət isə 427 km/saata çatdırıldı. Odur ki, siz sadaladığımız 6 avtomobili sürmək qərarına gəldinizsə eynək taxmağı yaddan çıxarmayın ki, kor olmayasınız.

1. Koenigsegg Agera RS

Əgər siz düşünürsünüzsə ki, İsveç yalnız təhlükəsiz və ekoloji cəhətdən təmiz Volvo və Saab-ların istehsalı ilə məşğuldur, onda səhv edirsiniz. Çünki məhz İsveçin Anqelholm şəhərində bu gün üçün dünyanın ən sürətli rodsteri - Koenigsegg Agera RS dünyaya göz açıb. RS versiyası 5-litrlik, iki turbo yükləyicisi olan, 1341 a.g. və 1370 Nm fırlanma anı verən V8 ilə təchiz edilib. Bu unikal avtomobil 100 km/saata cəmi 2,9 saniyəyə sürətlənir, lakin maksimal sürət 457 km/saatdır. Siz Koenigsegg Agera RS-də Formula-1 bolidindən də sürətli hərəkət edə bilərsiniz. Lakin əgər siz bu avtomobili açıq damla idarə etmək istəyirsinizsə onda çalışın yolda başqa nəqliyyat vasitəsi olmasın. Saçlarınız barədə də düşünün onlar yüksək sürətdə tökülə bilərlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR