Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən sürətli avtomobili təqdim edildi

Dünyanın ən sürətli avtomobili təqdim edildi
Sakura

“SSC North America” şirkəti Pebbl Biçdə 7 illik zəhmətin bəhrəsini təqdim edib.

“SSC North America” şirkəti Pebbl Biçdə 7 illik zəhmətin bəhrəsini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, 2011-ci ildə təqdim edilən “Tuatara” layihəsi nəhayət dəmir və karbona çevrilib. İstehsalçılar iddia edirlər ki, yeni model “Bugatti”, “Hennessey” və “Koeingsegg” modellərini kölgədə qoyacaq.

Uzunluğu 4429 mm olan avtomobilin hündürlüyü 1 metrdən bir az çoxdur. Hiperkarın çəkisi 1247 kq-dır.

“Tuatara” V8 tipli, 5.9 litr həcmli mühərriklə təchiz ediləcək. Aqreqat 1370 at gücü hasil edir. “E85” bio yanacağının istifadəsi zamanı aqreqat 1774 at gücü hasil edir. Eyni zamanda hiperkar ultra-müasir mexaniki sürətlər qutusu ilə təchiz edilib. Bu isə sürət zamanı yeni dünya rekorduna imza atmağa imkan verəcək.

Hazırda neçə ədəd hiperkarın istehsal ediləcəyi bilinmir. Eyni zamanda satış qiyməti barədə də məlumat yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR