Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Dünyanın ən qeyri-adi yerləri ...

Dünyanın ən qeyri-adi yerləri ...
Sakura

Çaylar bir-birinə qarışmır, sanki qələmlə çəkilib.

Dünyanın hər tərəfində bir çox maraqlı yerlər var. Hər birinin də qəribə hekayələri.  Hamısı maraqlı görünüşlərə sahibdir və bəzilərinin necə yarandıqlarını izah etmək olmur.

CƏHƏNNƏM QAPISI/TÜRKMƏNİSTAN

Paytaxt Aşqabaddan təxminən 250 kilometr məsafədə yerləşən Mərkəzi Qaraqum Səhrasında yerləşən kraterin dərinliyi təxminən 50 metr, eni isə 100 metrdən çoxdur. Türkmənlərin "Cəhənnəmin qapısı" adlandırdığı krater, 1967-ci ildə təbii qazın çıxarılması üçün aparılan qazıntı yerinin çökməsi nəticəsində yaranıb.  Bu qəza zamanı qazmada işləyən bəzi işçilər həyatını itirdi.  Türkmən geoloqları hesab edirlər ki, krater qazma zamanı su ilə təmas nəticəsində yer altında əhəng daşı kimi metalların əriməsi nəticəsində əmələ gəlmişdir.  Bəzi mənbələr qazma işlərinin yeraltı mağarada edildiyini iddia edirlər.  

Amerika televiziya kanalında "Cəhənnəm qapısı" adı altında xarici turistlərin diqqətini çəkən bu nəhəng yanar çuxura dair sənədli filmin nümayiş olunması ilə kraterin nüfuzu hədsiz artdı.  Alovları gecə yüzlərlə metr aralıdan görsənən kraterin səs-küyü də yüz metr uzaqlıqdan eşidilə bilir.  Küləkli havada kraterə çox  yaxınlaşmaq olmur.  Mütəxəssislər bildirirlər ki, təbii qaz sızan belə yerlər qapadılmamalıdır, çünki bağlandıqları halda zamanla ora yığılan təbii qaz partlaya bilər.  

Eyni bölgədə yenə qazıntı qəzası olan  başqa bir kraterdə qrunt suları yığılıb.  

DURDLE QAPISI, DORSET İNGİLTƏRƏ

 Lulvort ərazisində yerləşən bu cazibədar əhəng daşı qövsü, İngiltərənin UNESCO tərəfindən  Dünya Mədəni İrsi siyahısına  daxil edilmiş ilk bölgəsidir. Kəmər, təxminən 10,000 il əvvəl, güclü dalğaların qayada açdığı çuxurla meydana gəlmişdir.  Möhtəşəm mənzərələrdən başqa, bu ərazidə düşərgə, qaya hovuzları, təbiət gəzintiləri, sahildə istirahət və fotoqrafçılıq  kimi fəaliyyətlər vardır. 

Körpə adası / Meksika

Meksikadakı La Isla De Las Musecas və ya Baby Island (körpə adası) kimi tanınan tükürpədici ada;  bir gecə boğularaq  ölən gənc qızın ruhunun yaşadığı  düşünülən kuklalarla doludur!  Adanın hər yerində yüzlərlə kukla ilə örtülmüşdür.  Bu kuklalar çirkli paltarları, dolaşıq saçları, yuvalarından çıxan gözləri və kəsilmiş qolları və ayaqları ilə olduqca qorxuludur... Onsuz da, ada  dəhşətli  film studiyasına bənzəyir.  

Hekayə, Don Julin Santana adlı bir adamın həyat yoldaşını və uşağını tərk edərək 1950-ci illərdə adaya köçdüyü zamandan başlayıb. Yeganə gözətçi olaraq orada yalqız yaşayırdı. Təkbaşına  ömür sürən Santana, adanın yaxınlığındakı kanalda boğulub ölmüş kiçik bir qız meyiti tapır.  Çox keçmədən, qızın kuklalarının da kanalda üzdüyünü görür.  Körpəni götürüb ağaca asır.  50 ildən sonra demək olar ki, adanın hər tərəfində asılmış minlərlə kukla görünür. Santana, bu kuklaların  kiçik qızı qoruduğu qənaətindədir.  

Ölüm Yolu / Boliviya

 Bu yer 1995-ci ildə "dünyanın ən təhlükəli yolu" elan edilib.  Hər il 300 turistin Ölüm Yolundan aşağı yuvarlanaraq ölməsi bunu bir daha sübut edir.  Cəmi 3 metr enində olan yol olduqca təhlükəlidir ... Turistlər maşınların keçdiyi bu dar yolda  velosipedlə gəzməyə  üstünlük verirlər.  

Quirainq, Şotlandiya

Trotterniş dağ silsilələrinin ən şimalında yerləşən bu bölgə yüksək zirvələri, yaylaları və gizli qaya sütunları ilə diqqət çəkir.  Staffin-Uig piyada yolunun yuxarı hissəsindəki dayanacaq yerindən başlayaraq gediş yolunda Duntulm qalasının qalıqları  və damı samanla örtülü ənənəvi daxmaların yer aldığı Skye Island Həyat Muzeyi də  yer alır. 

 Kanonlends Milli Parkı, Yuta, ABŞ

Bu milli parkda rəngarəng mənzərələri olan çox sayda kanyon var.  1964-cü ildə qurulan park dörd hissəyə bölünür: “Səma adası”, “İynələr”, “Labirint” və Kolorado ilə Qrin çaylarından ibarət hissə. 

 Karrick-a-Rede, İrlandiya

  Balıqçılar, tək balıqçılıq daxması və zəngin vəhşi təbiətin olduğu adaya çatmaq üçün təxminən 350 il əvvəl 20 metrlik ip körpü inşa ediblər.  Bu maraqlı körpüdən keçdikdən sonra ziyarətçilər sahildə gəzintiyə çıxa və ətrafdakı gözəlliklərdən ləzzət ala bilərlər.  

Bedruthan Pillələri, Şimali Kornuoll, İngiltərə   

Kornuoll sahilindəki bu təsir edici bölgə, sahil eroziyası səbəbiylə daim dəyişən  qaya sütunları ilə bəzənmişdir.  Dəniz havasını içinə çəkərək  uzun gəzintilər etməyi sevənlər üçün ideal  yerdir.  

Naqoro kəndi / Yaponiya

 Naqoro maraqlı bir Yapon kəndidir.  Bir vaxtlar yüzlərlə insan bu kənddə yaşayırdı.  Ancaq kəndlərdən şəhərlərə köçlər başlayanda insanların yerini kuklalar tutub.  Kənddə qalan 3-5 nəfər, gedən hər adamın yerinə kukla düzəldərək  kəndin tənha görünmədiyini təmin etməyə çalışır.  

Xaçlar təpəsi / Litva

 Xaç təpəsində əvvəllər 100 xaç var idi.  Sonradan hər gələn bir xaç qoymağa başladı. Sayı minlərlə oldu və  Xaç Dağı yarandı.  İlk xaçlar 1985-ci ildə kəndli qiyamında ucaldılmışdır.  İndi xaçlardan başqa maraqlı heykəllər də bu təpədə yerləşir.  Litvalıların başladığı bu ənənəni görmək üçün minlərlə turist buraya gəlir. 

 Belits Haylsatten Ruhi Xəstəxanası / Almaniya

 Bu paslanmış çarpayıları, sarmaşıqla örtülmüş binalar və boş dəhlizlərin olduğu nəhəng qraffiti ilə örtülmüş xəstəxana 19-cu əsrin sonlarına doğru sayı gündən-günə artan vərəm xəstələrini müalicə etmək üçün inşa edilmişdi. 

Ümumilikdə 60 binadan ibarət olan xəstəxana təkcə xəstələrin müalicəsində istifadə olunmurdu.  Bu böyük ərazidə poçt şöbəsi, qəssabxana, restoran, çörək bişirmə yeri və öz elektrik stansiyası da var idi.  

Rhone və Arve çayları, İsveçrə

 Fransanın ikinci ən uzun çayı Rhone, öz qolu olan Arve çayı ilə kəsişdiyi nöqtədə bu möhtəşəm mənzərənin ortaya çıxmasına səbəb olur.  

Catacombe dei Cappuccini / İtaliya

 Dünyada heç bir məzar  bu qədər dəhşətli olmamışdır.  İtaliyadakı bu açıq qəbir ailələrin yaxınlarını yenidən görmələri üçün hazırlanmışdır.  Ancaq zamanla skeletə çevrilən ölülər pis görüntünün meydana çıxmasına səbəb olur.  İndi muzey olaraq istifadə edilən Catacombe dei Cappuccini turistlər tərəfindən ziyarət olunur.  

Karst dağları, Quansi, Çin

Əhəngdaşı, dolomit və gipsdən ibarət olan bu dağlar yağış sularında, çaylarda və ya göllərdə olan bəzi turşular tərəfindən asanlıqla parçalana bilir.  Bölgədə qüllələr, sütunlar və konuslar şəklində təbii körpülər, keçidlər və mağara sistemləri mövcuddur.  

Danakil Səhrası / Efiopiya 

 Danakil Səhrası, Afrikanın şimal-şərqində və Efiopiyanın şimal-şərqində, Eritreanın cənubunda və Cibutinin şimal-qərbində yerləşir.  50 dərəcə istilik, saysız-hesabsız aktiv vulkanlar, zəhərli qazları, tükənən  isti su qaynaqları və inanılmaz dərəcədə gözəl mənzərə ... Çox insan bu dəhşətli yeri "Yer üzündə cəhənnəm" adlandırır, lakin hər il yüzlərlə avantürist ziyarət edir.  Bölgədə bələdçi olmadan gəzmək qadağandır.  Buraya ziyarətə gələnlərin əksəriyyəti Erta Ale vulkanını görməyə gəlir.  Hündürlüyü 600 metr olan aktiv vulkan dünyanın ən böyük lava kraterinə sahibdir.  Ətrafında, kükürdlü isti bulaqlar, sulfat, dəmir oksidi və duz qalıqlarının səbəb olduğu rəngarəng birləşimlər nəzərə çarpır. 

Natron gölü/ Tanzaniya 

Uzunluğu 52 km, eni isə 22 km olan bu gölün dərinliyi maksimum 3 metrdir.  Natron gölü Şərqi Afrikadakı iki qələvi göldən biri kimi tanınır (digəri Bahi gölü).  Hər ikisi heç çay və ya dənizə tökülməyən qapalı hövzələr təşkil edən göllər isti su  bulaqlarına əlavə olaraq bölgədəki axınlarla qidalanır.  

Duz və soda gölü xüsusiyyəti olan Natrondakı unikal su bitkiləri ildə bir neçə dəfə göl rənginidə rəngləndirir və inanılmaz mənzərələrə səbəb olur.  Orta temperaturun 50-60 dərəcə olduğu göl canlıların yaşamasını demək olar ki, mümkünsüz edir, lakin milyonlarla flaminqonun çoxalma  yeridir.  Bu flaminqolar ilin müəyyən vaxtlarında görünən yosunlarla qidalanır.  Suyun yüksək qələviliyinin əsas səbəbi gölün ətrafındakı təpələrdən axan axınların natrium karbonat və digər minerallarla olduqca zəngin olmasıdır.

Qədim Misir mumiyalarının hazırlanmasında istifadə olunan natrium karbonat Natron gölündə ölü heyvanların çürüməsinin qarşısını aldığı üçün gölün ətrafında bir çox daşlaşmış heyvan da nəzərə çarpır.  

 Keymada Qrande (İlan adası) / Braziliya 

Braziliya sahillərində gizlənən bu ada dünyanın ən təhlükəli yeri hesab olunur.  Səbəb sadədir.  Ada planetin ən zəhərli ilanlarına ev sahibliyi edir.  Tədqiqatçıların fikrincə, hər kvadratmetr üçün 5-ə yaxın ilan yaşayır və dünyanın ən zəhərli ilanı, Botrops da burada yaşayır.  Braziliya hökuməti adaya enməyi qadağan edib, lakin turistlər il boyu burada görünürlər.

  Ölüm Vadisi / ABŞ 

Ölüm Vadisi Cənubi Kaliforniyada yerləşən səhra vadisidir.  Mojave səhrasının bir hissəsidir və Şimali Amerikadakı ən aşağı enlikdə yerləşən ən quraq, isti yerdir.  Vadis Böyük Hövzədə, Kaliforniya və Nevada sərhədi yaxınlığında ((Sierra Nevada)) dağlarının şərqində yerləşir.  Bölgənin sahəsi 7 min 800 kvadrat kilometrdir.  Ölüm Vadisində hələ də araşdırılırmayan  hallar  var.  Hal-hazırda, ona verilən ad  ad hərəkət edən  daşlardır ... Həmçinin burada  yalnız 14 saat su olmadan yaşaya bilərsiniz.  Bölgədə indiyə qədər qeydə alınan ən yüksək istilik 56,7 dərəcədir 

 Lençois Maranhenses Milli Parkı (Braziliya) 

Kənardan səhra kimi görünsə də, Braziliyanın milli parklarından biridir. Qum təpələrinə bənzər quruluşlarla əhatə olunmuş çox möhtəşəm kiçik hovuzu var. 

Roraima dağı (Venesuela) 

Nəhəng sürreal dağ.  

Qeyri-adi bitki və heyvan bolluğu ilə diqqəti cəlb edən bu yerin dünyanın ən əsrarəngiz yerlərindən biri olduğu deyilir.  

Hanoy-un Giriş Dəmiryolu (Vyetnam) 

  Mağazaların və yaşayış məntəqələrinin önündən keçən Vyetnamın paytaxtı Honay şəhərinin girişindəki  qəribə dəmir yollarından biridir.

Mənbə: haber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR