Slimfit
  1. İDMAN

Dünyanın ən qeyri-adi stadionları

Dünyanın ən qeyri-adi stadionları
Sakura

Dünyanın ən qeyri-adi stadionları

Futbol dünyada yayılmış ən məşhur idman növlərindən biridir. İlbəil inkişaf edən bu idman növü üçün yeni-yeni stadionlar tikilir, köhnələri təmir edilir. 

“Qafqazinfo” bu dəfə sizə dünyanın ən qeyri-adi 5 stadionu haqda məlumatlar təqdim edir:

1. “Estadio BBVA Bancomer” arenası (Meksika)

Tutumu: 52.000 tamaşaçı

Bu ən yeni stadiondur. O, 2015-ci ildə Serra-de-la-Silya dağının ətəyində inşa edilib. Məhz elə bu zirvə arenanı digərlərindən fərqləndirir. Stadionun bir neçə nöqtəsindən azarkeşlər həm futbol izləyə, həm də dağa baxa bilər.

2. Üzən stadion (Sinqapur)

Tutumu: 30.000 tamaşaçı

Buranın adı öz yerinə danışır. Sinqapurda boş ərazi qalmadığından, yerli mühəndislər staidionun suyun üzərində tikməyi təklifi edib. Və bu, onlarda alındı! 2007-ci ildə açılan arena dünyanın ən böyük üzən stadionu kimi tanındı.  

3.“Ottmar Hitzfeld Gspon Arena” arenası (İsveçrə)

Tutumu: Onlarla tamaşaçı

Stadionun Alp dağlarında yerləşməsi artıq bu meydançanı qeyri-adi edir. Azarkeşlər həmin arenaya kanat yolu ilə və ya avtomobillər üçün ayrılmış xüsusi yolla qalxır.

4. “Igrali te Batarija” qalasındakı arena (Xorvatiya)

Tutumu: 1000 tamaşaçı

Mənim stadionum – mənim qalamdır. Bu, kəlmə birbaşa xorvatiyalı futbolçulara aiddir. “HNK Trogir” klubunun sahibi olduğu arena XV əsrə aid qalanın ərazisində yerləşir. Stadionun yaxınlığında muzey də var.  

5. “Estadio Hernando Siles” arenası (Boliviya)

Tutumu: 41143 tamaşaçı

Burada matç izləyənlərin həyəcanı iki qat artacaq. Belə ki, La-Pas şəhərinin stadionu dəniz səviyyəsindən 3601 metr hündürlükdə yerləşir. Bu şəraitdə sevimli komanda üçün oxumaq və qışqırmaq isə çox çətindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR