Slimfit
  1. MARAQLI

Dünyanın ən qəribə otelləri...

Dünyanın ən qəribə otelləri...
Sakura

Dünyanın ən qəribə otelləri...

İsveçrədə gölün ortasında inşa edilmiş otel hər kəsin marağına səbəb olub. Bu otel “Utter INN” adlanır və “Malaren” gölünün düz ortasında yaradılıb. Otelə getmək üçün qayıqlardan istifadə olunur. Beləliklə, bu otelin müştəriləri tam olaraq göl mənzərəsinin əhatəsində qalır və bundan böyük zövq alırlar.

Şili meşələrinin birində də çox maraqlı bir otel tikilib. Otel sanki yanardağa bənzəyir və görənləri şoka salmağı bacarır. Otelə girmək üçün asma körpüdən istifadə olunur. Oteli görənlər bildirir ki, otelin xarici görünüşü kimi, daxili dekor quruluşu çox ilgincdir.

Amerikada inşa edilən “Doğ Bark park” oteli isə son illərdə inşa edilən ilginc otellərdən biridir. Öz quruluşu ilə böyük iti xatırladan bu oteli daha çox uşaqları sevir. Oteldə bir səfərdə sayılı qədər insan qala bilsə də, ata-analar öz uşaqlarına sürpriz etmək üçün tez-tez bu otelə müraciət edirlər.

Amsterdamdakı kran oteli: Qeyd olunur ki, bu otel 1894-1979-cu illərdə gəmi limanının bir parçası olub. Lakin sonralar bu kranı otelə çevirmək qərarına gəliblər. Beləliklə, Amsterdamda yerləşən bu otel 50 metr hündürlüyündədir və sadəcə 3 otağı var. Otelin müştərilərinin 164 metr hündürlüyündən ipla tullanmaq şansı da var. Adətən adrenalin yaşamaq istəyənlər məmnuniyyətlə bu oteli seçir.

Afrikada isə “Loisaba Wilderness” adlı çox qəribə bir otel var. Belə ki, bu otel öz müştərilərinə açıq havada vəhşi heyvanlarla canlı ünsiyyət yaratmaq şansı verir.

Kosta-Rikada isə “Kosta Verde” adlı ilginc otel var. Bu otel istifadə müddətini başa vurmuş “Boeing 727” təyyarəsində yaradılıb. Bu təyyarə San Xose hava limanında meşəliyə gətirilərək otelə çeviriblər. Beləliklə 50 metr hündürlükdə yerləşən dayaq üzərinə qurulmuş oteldə qonaqlar okean və cəngəllik mənzərəsindən zövq ala bilirlər.

İngiltərədə 2Spitbank Fort” oteli var ki, bu otel də düz dənizin ortasında tikilib. Otel həm daxili, həm də xarici görünüşünə görə silah yerləşdirilən mərkəzə bənzəyir. Otel demək olar ki, bir adanı xatırladır. Turistlər bu oteldə yer almaq üçün bəzən uzun-uzadı növbə gözləməli olur. Şayiələrə görə oteldə ruhlar var.

Kapsul otellər. Artıq bir neçə ildir ki, Yaponiyada kapsul otel və hostellər artmağa başlayıb. Adətən 1,2-2,2 metr sahəni əhatə edən pəncərəsiz otaqlar atmosferə nəzarət edən sistem, mebel əşyalarından yalnız yataq və televizor var. Qiymətlərə gəldikdə isə, bu o qədər də baha deyil. Məsələn, Azərbaycan manatı ilə 21 manatdan başlayaraq kapsul otellər tapmaq mümkündür. Təxminən 4-5 ilə yaxındır ki, yaranan kapsul otellər hələlik daha çox Yaponiyada geniş yayılıb.

Çinin Huzhou əyalətiundə yerləşən otel də dünyanın ən qəribə otellər sırasına daxil ola bilib. Bu otel əsaəsn formasına görə seçilir. Otelin iki qülləsini birləşdirən sualtı körpü mövcuddur. Gecələr isə binanın formasını daha yaxşı nümayiş etdirən işıqlandırma sistemi qurulur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR