Slimfit
  1. MARAQLI

Dünyanın ən qəribə evi

Dünyanın ən qəribə evi
Sakura

Dünyanın ən qəribə evi

Kolumbiyanın Bayoca bölgəsində yerləşən Case Terrocata tamamilə gildən tikilmiş ikimərtəbəli ev memarlıq və sənət baxımından diqqət çəkir.

Publika.az xəbər verir ki, dünyanın ən böyük dulusçuluq nümunəsi olan Casa Terracota nadir sənət əsəridir. Sadəcə memarlıq və dizayn baxımdan deyil, bu bütün sənət və əl sənətlərini birləşdirir.

Eyni zamanda bu ev Mendoza fəlsəfəsinə əsaslanaraq hazırlanıb. Fəlsəfəyə görə, bir yerdə yaşamaq sadəcə daxili məkanları işğal etmək mənasına gəlməməlidir, insanlar və yaşadıqları yer arasında bir uyum olmalıdır.

Kolumbiyalı memar Oktavio Mendoza bu evi gil kimi bəsit bir maddənin neçə bir əsər halına gələ biləcəyini göstərmək üçün hazırlayıb. Torpaqdan istifadə etmək ideyası yeni olmaya bilər, ancaq onun yanaşması yenilik hesab edilir.

Mendoza ikimərtəbəli bu evi hazırlayarkən gildən başqa heç nədən istifadə etməyib. Günəş şüaları altında bişib sərtləşəndən sonra o, keramika halına keçib.

Mendoza bu evi “dünyanın ən böyük palçıq parçası” adlandırır.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR