Slimfit
  1. MARAQLI

Dünyanın ən qədim xəritəsi kimə məxsusdur?

Dünyanın ən qədim xəritəsi kimə məxsusdur?
Sakura

Dünyanın ən qədim xəritəsi kimə məxsusdur?

Uzun illər ilk xəritənin kimə məxsus olması barədə elmi müzakirələr gedib. Bəzən elm dünyası məşhur dəniz səyyahı Piri Rəisin xəritəsindəki dəqiqliyin sirrini açmaqda çətinlik çəkib.

Ölkə.Az” xəbər verir ki, Topqapı sarayından təsadüfən tapılan bu xəritənin qədim bir xəritə əsasında tərtib edildiyi bildirilir. Bəzi mənbələr eramızdan əvvələ aid xəritələrin də olduğunu qeyd edirlər.

Bəs ən qədim xəritə kimindir?

Bu sualın cavabını tarixçi-alim Əkbər Nəcəf “Ölkə.Az”a cavablandırıb:

“Dünyada ilk xəritə Akkad dövrünə aiddir. İndiki Kərkük yaxınılığında Nuzidə tapılan Akkadlardan Sarqon sülaləsi dövrünə aid bu xəritənin b.e.ə. 2200-cü ilə aid olduğu məlumdur. Həmin xəritədə böyük bir çay, kənarlarında balıq pulcuğu şəklində göstərilmiş sıradağlar rəsm edilib. Xəritənin üstündə içi yazılı kiçik dairələr isə istiqaməti göstərir.

Maraqlıdır ki bu xəritə 7-8 sm-lik kil table üstündə hazırlanmış və əl qədərdir. Xəritənin üstündə Şumer-akkad dillərində açıqlamalar mövcuddur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR