Slimfit
  1. DÜNYA

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu
Sakura

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu

Qəzet və jurnallar uzun illərdir ki, bütün dünyada əlaqə vasitəsidir. İnsanlar uzun müddət məhz onların vasitəsilə dünyada baş verən son hadisələr barədə məlumat alıblar.

Baxmayaraq ki, müasir dövrdə onları mobil tətbiqlər və internet əvəz edir, çap nəşrlərə hələ də insanlar arasında böyük tələbat var.

Beləliklə, dünyanın ən qədim qəzetlərini təqdim edirik.

La Gaceta de Madrid

İl: 1661

Dil: ispan

Ölkə: İspaniya

Naşir: Kral sanksiyası

“La Gaceta de Madrid” qəzetinin adı 1936-cı ildə dəyişdirilərək “Boletín Oficial del Estado” və ya qısaca BOE olub.

O, İspaniya hökumətinin rəsmi qəzetidir.

Qəzet bazar günündən savayı həftənin bütün günləri nəşr olunur. Orada əsasən yeni qanunlar, dekretlər və s. dərc olunur.

2009-cu ildən isə qəzet yalnız onlayn versiyada nəşr olunur.

Weeckelycke Courante van Europa

İl: 1656

Dil: holland

Ölkə: Hollandiya

Naşir: Abraham Kasteleyn və Marqareta van Banken

Bu qəzetin adı “Avropanın gündəlik qəzeti” kimi tərcümə olunur. Onu ər və arvad olan Abraham Kasteleyn və Marqareta van Banken dərc edirdilər.

Qəzetin adı 1664-cü ildə dəyişdirilərək “Oprechte Haerlemse Courant” qoyulub.

O, 1942-ci ildə “Haarlems Dagblad” ilə birləşib. O, hələ də nəşr olunur.

Einkommende Zeitungen

İl: 1650

Dil: alman

Ölkə: Almaniya

Naşir: Timoteus Ritsş

1 iyul 1650-ci il tarixində Leypcikdə ilk gündəlik qəzet “Einkommende Zeitungen” nəşr olunmağa başlayıb. O, həftədə 6 dəfə buraxılırdı.

Post- och Inrikes Tidningar

İl: 1645

Dil: isveç

Ölkə: İsveçrə

Naşir: Horats Enqdal

“Post-och Inrikes Tidningar” qəzeti 1645-ci ildə kraliça Kristina tərəfindən dərc edilməyə başlayıb. Kraliça nəşrdən öz qərarları barədə vətəndaşlara məlumat vermək üçün istifadə edirdi.

Hazırda qəzet İsveçin Nobel mükafatını təqdim edən Akademiyasına  mənsubdur.

Gazeta

İl: 1641

Dil: katalon

Ölkə: İspaniya

Naşir: naməlum

Bu, siyahıdakı ən unikal qəzetdir, belə ki, onun haqqında çox az məlumat var.

Lakin dəqiq demək olar ki, o, az müddət nəşr olunub.

La Gazette

İl: 1631

Dil: fransız

Ölkə: Fransa

Naşir: Teofrast Renodo

İlk fransız qəzeti olan “La Gazette” 30 may 1631-ci ildən nəşr olunur. O, müasir standartlara cavab verən ilk Avropa qəzeti də hesab olunur.

O, Teofrast Renodo tərəfindən təsis olunub. Kral hakimiyyətinin möhkəmləndirilməsi üçün qəzetə ehtiyac var idi. 1631-ci ilin mayında belə qəzet olaraq “La Gazette” açılır. Elə həmin ilin oktyabr ayında gələcək kardinal Rişelye ilə tanışlığı sayəsində Renodo qəzetin dərci üçün kral imtiyazı qazanıb.

Qəzet tipoqrafiya yolu ilə çap olunurdu. İlk beş nömrədə buraxılış məlumatları – tarix, nömrə, tipoqrafiyanın ünvanı – olmayıb.

Nömrələr əlifba sırasına uyğun olaraq hərflə qeyd edilirdilər. Altıncı nömrədən başlayaraq qəzetin sonunda redaksiyanın ünvanı və buraxılış tarixi qeyd edilib.

Nieuwe Tijdinghen

İl: 1618

Dil: holland

Ölkə: İspaniya Niderlandı

Naşir: Abraham Verhoven

Antverpendə naşir Abraham Verhoven ayda iki dəfə işıq üzü görən  “Nieuwe Tijdinghen” (“Antverpen xəbərləri”) qəzetini 1605-1607-ci illərdə təsis edib.

30 illik müharibə (1618-1648-ci illər) qəzet bazarının yaradılmasına stimul verib, belə ki, məhz müharibə dövründə əhalinin informasiyaya tələbatı artır.

Courante uyt Italien, Duytslandt

İl: 1618

Dil: holland

Ölkə: Hollandiya

Naşir: naməlum, ola bilsin, Kaspar van Hilten

Bu, ilk holland qəzeti idi. O, 1618-ci ilin iyununda Amsterdamda dərc olunub. O, müntəzəm həftəlik qəzet idi.

Qəzetin “Joris Veseler” nəşriyyatında Kaspar van Hiltenin redaksiyası altında dərc olundu ehtimal olunur. Publikasiyaların dəqiq tarixi məlum deyil.

Avisa Relation oder Zeitung

İl: 1609

Dil: alman

Ölkə: Müqəddəs Roma imperiyası

Naşir: Lukas Şulte

Volfenbüttel şəhərində 1609-cu ildə dövrümüzə qədər çatmış ilk qəzet dərc olunub. O, “Aviso” adlanırdı.

Orada Köln, Antverpen, Roma, Venesiya, Vyana və Praqa ilə bağlı xəbərlər yer alırdı.

Relation aller Fürnemmen und gedenckwürdigen Historien

İl: 1605

Dil: alman

Ölkə: Müqəddəs Roma İmperiyası

Naşir: Yohannes Karolus

Bu, yalnız Almaniyada deyil, bütün dünyada ilk çap qəzeti idi. Karolusun beyninə bütün son hadisələr haqqında şəhərə daxil olan əllə yazılmış müxtəlif xəbərləri toplayaraq çap etmək və həftədə bir dəfə dərc etmək ideyası gəlmişdi.

Qəzet “Relation aller Fürnemmen und gedenckwürdigen Historien” (“Bütün vacib və əhəmiyyətli hadisələr haqqında xəbərlər”) adlanırdı.

İlk qəzet Strasburqda dərc olunub və o, “Relation: Aller Fürnemmen” sözləri ilə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR