Slimfit
  1. DÜNYA

Dünyanın ən qədim mirvarisi tapılıb

Dünyanın ən qədim mirvarisi tapılıb
Sakura

Dünyanın ən qədim mirvarisi tapılıb

Dünyanın ən qədim təbii mirvarisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı adada aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, yaşı 8 min il müəyyən edilən mirvari Marava adasında qazıntılar zamanı aşkar edilib. Orada, həmçinin Neolit dövrünün tikililərinin qalıqları da tapılıb.

Mütəxəssislərin sözlərinə görə, kəşf sübut edir ki, mirvari hələ o dövrlərdə ticarət və mübadilə vasitəsi rolunu oynayıb.

Qeyd edilib ki, tapılan mirvari bu ayın sonunda Luvr Əbu-Dabi muzeyində nümayiş etdiriləcək.

“Dünyanın qədim mirvarisinin Əbu-Dabidə aşkarlanması müasir iqtisadiyyat və mədəniyyətin dərin tarixi köklərə malik olmasını açıq şəkildə sübut edir”, - deyə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin rəhbəri Məhəmməd Xəlifə əl-Mübarək bəyan edib.

Arxeoloqlar radiokarbon təhlili üsulu ilə müəyyən ediblər ki, mirvari eramızdan əvvəl 5800-cü və 5600-cü illər arasındakı dövrə aiddir. Çox ehtimal ki, mirvaridən o dövrdə bəzək, yaxud keramika və digər məhsulların alındığı Mesopotamiya arasında ticarət məqsədilə istifadə ediblər.

Marava adasında qədim tikililərin qalıqlarında aparılan qazıntı işləri zamanı keramika parçaları, balıqqulağılardan və daşlardan muncuqlar, həmçinin oxların silisiumlu ucluqları aşkarlanıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR