Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən ölümcül avtomobilləri

Dünyanın ən ölümcül avtomobilləri
Sakura

Ən təhlükəli xarici avtomobil modellərinin reytiniq tərtib olunub

Ens.az xəbər verir ki, reytinq ölüm nəticəsilə qəzaya düşmə sayına görə müəyyən edilib.

iSeecars xidmətinin ekspertləri daha çox ölüm nəticəli qəza iştirakçıları olan 2013-2017 buraxılışlı xarici avtomobillər reytinqini tərtib ediblər. Tədqiqat 25 milyon avtomobili əhatə etmişdir.

Maşınlar üçün 1 milyard mil üçün hər markanın ölümcül qəzaların sayına görə müəyyənləşdirilən Fatal Accident Rate (FAR) əmsalı tətbiq olunmuşdur. Analitiklər belə nəticəyə gəliblər ki, ölümcül qəzalara az yanacaq işlədənlər (4,5 FAR) və sportkarlar (4,6 FAR) düşürlər.

Ən təhlükəli 14 avtomobil:

  1. Mitsubishi Mirage (10,2 FAR);
  2. Chevrolet Corvette (9,8 FAR);
  3. Honda Fit (7,7 FAR);
  4. Kia Forte (7,4 FAR);
  5. Chevrolet Spark  (7,2 FAR);
  6. Subaru BRZ (6.9 FAR);
  7. Nissan 370Z (6.2 FAR);
  8. Nissan Versa (6.1 FAR);
  9. Kia Rio (5,9 FAR);
  10. Dodge Challenger (5.8 FAR);
  11. Chevrolet Camaro (5,5 FAR);
  12. Kia Soul (5,3 FAR);
  13. Hyundai Veloster Turbo (5.2 FAR);
  14. Nissan Note (5,2 FAR);

Krossover və yolsuzluq avtomobilləri ayrıca reytinqə daxil olublar - orada KIA Sportage (3,8 FAR), Jeep Wrangler (3,6 FAR), Lincoln MKT və Mitsubishi Outlander Sport (3,3 FAR), Buick Encore (3,2 Far). Həmçinin Subaru Forester (3,2 FAR), Nissan Rouge (2,9 FAR), Honda CR-V (2,7 FAR) və Chevrolet Equinox (2,5 FAR)  modelləri təhlükəli hesab edilib.

Xatırladaq ki, daha əvvəl nəticləri gözlənilməz olan etibarlılıq reytinqi açıqlanmışdı. Aydın olmuşdu ki, premial alman avtomobillərində ucuz Peugeot, Skoda və Hyundai avtomobillərindən daha çox problem var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR