Slimfit
  1. MARAQLI

Dünyanın ən nadir və bahalı saatları

Dünyanın ən nadir və bahalı saatları
Sakura

Dünyanın ən nadir və bahalı saatları

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb, media bildirir.

Məlumatlara əsasən sahil kənarında dostu ilə gəzintiyə çıxan şəxsə yaxınlaşan oğru onu bir neçə dəfə itələdikdən sonra saatı ələ keçirərək hadisə yerini tərk edib.

Daily Mail nəşri yazır ki, oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının dünyada cəmi 75 ədədi mövcuddur.

Bir çoxları üçün saatın qiymət yarlığı (2,33 mln AZN) əlçatmaz görünsə də, lüks saatlar dünyasında onun qiyməti o qədər də yuxarı deyil.

BBC News Azərbaycanca bahalı saatlar aləminə nəzər salıb. İcmalın elmi dəqiqliyə iddiası yoxdur və bu yazıda sadəcə bəzi bahalı saatlar bir araya gətirilir.

Richard Mille 50-03 McLaren F1

Richard Mille 50-03 McLaren F1 - 2,33 mln. AZN

Daily Mail nəşri yazır ki, İspaniyanın İbiza adasında oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının qiyməti 2,33 mln. manatdır.

Məlumata görə, saatın dünyada cəmi 75 ədədi mövcuddur.

Richard Mille şirkətinin saytında, qrafenin ist.ifdəsilə hazırlanan "50-03 McLaren F1"modeli, dünyanın ən yüngül saatı adlandırılır.

Onun kəmərlə birlikdə çəkisi 38 qram təşkil edir.

Breguet Grande Complication Marie-Antoinette

Breguet Grande Complication Marie-Antoinette - 54,19 mln. AZN

Breguet Grande Complication Marie-Antoinette saatı tarixi dəyərinə görə xüsusi yer qazanıb.

Onun qiyməti 54,19 mln. manatdır.

Bu saatı 1783-cü ildə Fransa kraliçası Marie-Antoinette-in sevgilisi əfsanəvi usta Abraham-Louis Breguet-ə sifariş etmişdi.

O buraxılanda ən qabaqcıl mexaniki saat hesab olunurdu.

Hazırda saat İsraildə, L.A Mayer adına İslam incəsənəti muzeyində saxlanılır.

Graff Diamonds Hallucination saatı

"Graff Diamonds Hallucination" - 93,78 mln. AZN

"Graff Diamonds Hallucination" saatının astronomik qiyməti xüsusi mexanizmindən daha çox özünün zərgərlik dəyərilə izah oluna bilər.

Platindən hazırlanan qolbaq əlvan brilyantlarla bəzədilib.

Ablogtowatch.com saytına görə, bu əsərin hazırlanmasına minlərlə saat vaxt sərf olunub.

O, ilk dəfə Baselworld-2014 sərgisində nümayiş etdirilib.

"Bu saat mənim brilyant arzumu çin etdi", - saatı hazırlayan Graff Diamonds şirkətinin başçısı Laurence Graff deyib.

Patek Philippe Ref. 1518

"Patek Philippe Ref. 1518" - 19,25 mln. AZN

2016-cı ildə "Patek Philippe Ref. 1518" saatı İsveçrədə keçirilən Geneva Watch Auction hərracında 11 milyon isveçrə frankına (19,25 mln. AZN ) satılıb.

Dünyada bu saatın cəmi 4 nüsxəsi mövcuddur.

"Ref. 1518" İsveçrənin Patek Philippe şirkəti tərəfindən istehsal edilən polad bağlı və daimi təqvimli ilk seriyalı modeli olub.

Louis Moinet Meteoris Collection

Louis Moinet Meteoris - 8,184 mln. AZN

Qiyməti 4,8 milyon dollar olan bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub.

Nadir saat yalnız dörd nüsxədə buraxılıb.

Franck Muller Aeternitas Mega 4

Franck Muller Aeternitas Mega 4 - 3,89 mln. AZN

Aeternitas Mega 4 saatının mexanizmi 1,483 tərkib elementi bir araya gətirir.

O, ən mürəkkəb mexanizmlərdən biri ilə təchiz olunub.

Saatın təqvimi min ili əhatə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR