Slimfit
  1. TEXNOLOGİYA

Dünyanın ən məşhur ağıllı saatları açıqlandı

Dünyanın ən məşhur ağıllı saatları açıqlandı
Sakura

Smart saatlar bazarının üçdə birinə bir şirkət nəzarət edir.

Ens.az xəbər verir ki, Counterpoint Research analitik şirkəti 2019-cu ilin birinci rübündə ağıllı saatlar bazarındakı vəziyyət barədə hesabat yayıb.

Bazarın lideri 35,8% payla Apple şirkəti oldu. 2018-ci ilin ilk rübü ilə müqayisədə Apple Watch model ailəsinin satışı 49% artıb və bu ayfonun məşhurluğunun azalmasına baxmayaraq baş verib. Yəqin ki, saatların yeni alıcıılarını istifadəçilərin sağlamlıq vəziyyətinə nəzarətlə bağlı texnologiyaların hesabına cəlb etmək mümkün olacaq.

İkinci yerdə 11,1% payla Samsung qərar tutub. Bir il ərzində koreya şirkətinin satışı 127%-ə qədər əhəmiyyətli dərəcədə artıb.

Üçüncü yeri 9,2% ilə uşaqlar üçün ağıllı saatları ilə məşhur olan Imoo brendi tutur.

Sonra azalma ilə Fitbit (5,5%), Amazfit (3,7%), Huawei (2,8%), Fossil Group (2,5%) v’ Garmin (1,5%) gəlir. Bazarın bütün digər oyunçularının məcmu payı 27,9% təşkil edir.

Counterpoint Research-də Huawei-in uğurlarını xüsusilə qeyd edirlər. 1 il ərzində şirkət 2,8%-ə çata bildi, halbuki 2018-ci ilin birinci rübündə onun payı 0-a yaxınlaşırdı.

Həmçinin analitiklərin fikrincə, yaxın gələcəkdə istehsalçılar ağıllı saatlarda əyilə bilən ekranları sınaqdan keçməyə başlayacaqlar. Belə cihazın yaradılmasında ilk cəhd artıq qeydə alınıb - söhbət Nubia Alpha modelindən gedir, versiyasından asılı olaraq o, həm ağıllı saat, həm hibrid saat və smartfon ola bilər. Amma belə cihazlar tezliklə kütləvi olmayacaq; Counterpoint hesab edir ki, bu 2025-ci ildən sonra baş verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR