Dünyanın ən kök tutuquşu növü nəsli kəsilməkdən xilas olundu
“Dünyanın ən kök tutuquşuları” olaraq adlandırılan kakopolar bir neçə əsr əvvələ qədər Yeni Zellandiyanın ən çox yayılmış quşlarından biri idi.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, hazırda sayları 147-yə qədər düşən bu quşların hökümətin tətbiq etdiyi uğurlu bir qoruma proqramı sayəsində nəsillərini davam etmə şansının artdığı bildirilib.
Qoruma proqramı çərçivəsində ölkədəki bütün kakapolara çip taxılıb. Gen xəritələri çıxarılan bütün quşlara adlar qoyulub. Yeddisi xaricində digər quşlar həyatlarına təbiətdə davam edirlər və 24 saat müddətində izlənilir. Bundan başqa vəzifəli şəxslər hər gecə bütün quşların yuvalarına nəzarət edirlər. bəzi heyvanlara çoxalma müalicəsi tətbiq olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət