Dərc edildi: Baxış sayı: 764
Dünyanın ən kiçik kitabxanası
Dünyanın ən kiçik kitabxanası İngiltərənin Uestberi–sab-Mendip şəhərində telefon köşkündə yerləşir.
AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, ondan dünyanın ən kiçik kitabxanasını düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur. Kitabxanadan hətta gecələr də istifadə etmək olar. Onun rəflərində müxtəlif mövzularda kitablar və disklər tapmaq mümkündür.
Şəhərdə 800 sakinin yaşamasına baxmayaraq, kitabxana çox populyardır, hətta tez-tez növbələr də olur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət