Slimfit
  1. DÜNYA

Dünyanın ən iri əyləncə parklarına malik olan şirkətlərin TOP 10-luğu

Dünyanın ən iri əyləncə parklarına malik olan şirkətlərin TOP 10-luğu
Sakura

Dünyanın ən iri əyləncə parklarına malik olan şirkətlərin TOP 10-luğu

Beynəlxalq konsaltinq şirkəti “Themed Entertainment Association” və “AECOM” tərəfindən dərc edilən “2018 TEA/AECOM Theme Index and Museum Index” reytinqinə əsasən, ötən il bütün dünya üzrə tematik parklara gedənlərin sayı tarix boyu ilk dəfə yarım milyardı ötüb.

Hesabatda bildirilir ki, bu, dünya əhalisinin sayının 7%-i deməkdir.

Beləliklə, Oxu.Az dünyanın ən məşhur tematik parklarının top 10-luğunu təqdim edir (Reytinq tərtib olunarkən parklara gələnlərin sayı və ekspert analizi nəzərə alınıb – red.)

10. “Parques Reunidos”

2018-ci ildə gələnlərin sayı: 20 900 000

“Parques Reunidos” ikinci ən böyük Avropa tematik parkıdır. O, Madriddə yerləşir.

Şirkət hazırda 12-dən çox ölkədə 50-dən artıq müxtəlif tematik layihələrə malikdir.

Onların ən məşhurları “Camelot Parks”, “Dutch Wonderland” və “Kennywood”dur.

9. “SeaWorld Parks & Entertainment”

2018-ci ildə gələnlərin sayı: 22 582 000

“SeaWorld Parks & Entertainment” ABŞ-da 5 akvapark da daxil olmaqla, 12 tematik parkı idarə edən şirkətdir. Onun baş ofisi Florida ştatının Orlando şəhərində yerləşir.

Şirkət yerində dayanmır. Belə ki, daha iki tematik parkın tikintisi planlaşdırılır. Onlardan biri Dubayda yerləşəcək.

8. “Cedar Fair Entertainment Company”

2018-ci ildə gələnlərin sayı: 25 912 000

“Cedar Fair Entertainment Company” çox az sayda parkı idarə edir. Onlar hamısı Ohayo ştatının Sandaski şəhərində yerləşir.

Onların ən məşhuru “Cedar Point”dir. Bu, ABŞ-da ən çox ziyarət edilən əyləncə məkanıdır.

7. “Six Flags Inc”

2018-ci ildə gələnlərin sayı: 32 024 000

“Six Flags Inc” idarə etdiyi parkların sayına görə digər şirkətləri çox geridə qoyur.

1960-cı ildə yaradılan “Six Flags Inc” tez bir zamanda Amerika Birləşmiş Ştatlarında digər əyləncə məkanlarını da açmağa başladı. Bütün bu parklar əvvəlcə Vəhşi Qərb mövzusunda idi.

6. “Chimelong Group”

2018-ci ildə gələnlərin sayı: 34 007 000

“Chimelong Group” bütün Çin ərazisində tematik parklara malik olan şirkətdir.

Bundan əlavə, bu Çin şirkəti restoran, hotel və kurortlar şəbəkəsini idarə edir. Şirkətin əsası 1989-cu ildə qoyulub.

5. “Fantawild”

2018-ci ildə gələnlərin sayı: 42 074 000

“Fantawild Group” hazırda bütün Çin ərazisində on əyləncə parkını idarə edir.

Şirkət ilk layihəsini 2004-cü ildə Çuntsində açıb. Şirkətin idarə etdiyi tematik parkların əksəriyyətində elmi-fantastik mövzu var.

4. “OCT Parks China”

2018-ci ildə gələnlərin sayı: 49 350 000

“Oct Parks China” şirkəti 1985-ci ildə yaradılıb.

Şirkət “Splendid China”, “Chinese Folk and Culture Village”, “Window of the World” və “Happy Valley” kimi tematik parkları idarə edir.

3. Universal Parks and Resorts

2018-ci ildə gələnlərin sayı: 50 068 000

“Universal Parks and Resorts” “NBC Universal”ın bir bölməsidir.

Onların tematik parkları bu illər ərzində “NBC Universal” tərəfindən istehsal edilmiş müxtəlif film və ya televiziya proqramları üzərində tikilib.

Orlandoya getsəniz, Ozların ölkəsi, Yura dövrünün parkı, Snupi studiyası və Hari Potterin sehrli dünyasını ziyarət edə bilərsiniz.

2. “Merlin Entertainments Group”


2018-ci ildə gələnlərin sayı: 67 000 000

“Merlin Entertainment Group” iri tematik əyləncə parklarına malik ən iri Avropa şirkətidir.

O, Birləşmiş Krallıqda yerləşir və dörd qitədə 100-dən artıq tematik parkı idarə edir.

Ən məşhur tematik parkları isə “Legoland Theme Parks”, “Sea Life Centres” və “Madame Tussaud’s”dur.

1. “Walt Disney Attractions”

2018-ci ildə gələnlərin sayı: 157 311 000

Tematik parklar və kurortlardan başqa, bu bölməyə “Disney Regional Entertainment” (ona “ESPN Zone” idman restoranları şəbəkəsi məxsusdur – red.), “Walt Disney Imagineering” və “Walt Disney Creative Entertainment” daxildir.

1997-ci ildə “The Walt Disney Company” şirkəti Qorda-Key Bahama adasını 99 il müddətinə icarəyə götürərək adını “Gəmidağıdan rifi” qoymuş  və orada tematik əyləncə parkı yaratmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR