Slimfit
  1. ELM

Dünyanın ən güclü teleskopları

Dünyanın ən güclü teleskopları
Sakura

Bu cihazlar kainatın sirlərinə nüfuz etməyə kömək edir.

Tərcümədə teleskop "uzağa baxmaq" mənasını verir. Bu cihazlar kainatın sirlərinə nüfuz etməyə kömək edir. Sadə gözlə görünməyənləri ayırd edir. Dünyada bu kateqoruiyadan olan bir çox fərqli qurğular var, amma biz bu yazıda onlardan  ən yaxşı 10-u ilə tanış olacağıq.

10-cu yer. BTA

Cihazda 6 metrdən çox diametrli bir güzgü istifadə olunur. Teleskop keçən əsrdə yaradılıb, lakin yenə də sıralamadakı yerini vermir. Güzgünün öz çəkisi 2 tonu ötür.  Bütün kompleks təxminən 850 ton ağırlığındadır.

Örtüsü ən incə alüminium folqasından hazırlanmışdır hər 10 il-dən bir əvəzetməyə ehtiyac duyur.

9-cu yer. Nəhəng Magellan Teleskopu

İndiyə qədər tam  quraşdırılma bitirilməmişdir. İstismara verilməsi cari ilə nəzərdə tutulur. Sistem hər birinin diametri 8.4 metr olan 7 güzgüdən ibarətdir. Gələcəkdə teleskopa böyük ümidlər var.

Magellan teleskopu

8-ci yer. Cemini Cənub və Cemini Şimal

Bu iki teleskopdan ibarət kompleksdir. Qonşu zirvələrdə yerləşirlər. Hər birinin hündürlüyü 8 metrdir. İnfraqırmızı optik cihazlar səmanın aydın şəkillərini çəkməyə imkan verir.

7-ci yer. Subaru

Yapon alimləri bu bədheybəti - dünyanın ən güclü teleskoplarından birini yaratdılar. Cihazdakı monolit güzgü 8 metrdən çox diametrə malikdir. Teleskop Günəş sistemindən kənar bir planet aşkarlaya və müşahidə edə bilir.

6-cı yer. Hobbi-Eberly Teleskopu

Dünyanın ən güclü teleskoplarının ilk onluğunda yer alır. Güzgü diametri 9 metrdən bir qədər çoxdur. Üstünlüyü, elmi tərəqqinin son nailiyyətlərinin tətbiqidir. Güzgü 90-dan çox elementdən ibarətdir. Vahid bir kompleks meydana gətirirlər və müşahidələr zamanı Qalaktikamızın hüdudlarından kənara çıxa bilirlər.

5-ci yer. SALT

Əsas güzgüsü 11 metr diametr tşkil edir və cihaz kiçik güzgü kütləsindən ibarətdir. Onun köməyi ilə astronomlar bizim və qonşu qalaktikalarımızı müşahidə edirlər. Teleskop təxminən 2 km hündürlükdəki təpədə yerləşir.

SALT teleskopu

4-cü yer. LBT

Ona həm də Large Binocular Telescope da deyirlər. Bu Böyük binokl teleskopudur. Kainatı müşahidə etmək üçün texnoloji cəhətdən ən qabaqcıl qurğulardan biridir. Əsas bölmə 8.40 metr diametrli 2 nəhəng güzgüdür. Bir əsasda quraşdırılmış və 3,0 km-dən çox yüksəklikdə yerləşdirilmişdir. 

3-cü yer. Keck I və Keck II

4 km-dən çox yüksəklikdədirlər. Teleskoplar yüksək dəqiqliyə malikdirlər. Hər güzgüdə 36 kiçik reflektor var. Teleskoplar ən uzaq astronomik obyektləri tapmaqda liderdirlər.

Keck I və Keck II

2-ci yer. GTC

Ölçüləri heyrətamizdir. Ən böyük güzgü istifadə olunur. Diametri 10 metrdən çoxdur. Kanar adalarında bir dağın zirvəsində yerləşir.

1 yer. VLT

Tərcüməsi onun böyük ölçülərini bildirir. 4 teleskopdan ibarət bir kompleksdir. Güzgülərin sahəsinə görə dünyada birinci yerdədir.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR