Slimfit
  1. DÜNYA

Dünyanın ən güclü qorunan yerləri

Dünyanın ən güclü qorunan yerləri
Sakura

Dünyanın ən güclü qorunan yerləri

Dünyada içinə daxil olmaq üçün bir çox çətin yerlər vardır. Ən ağıllı insanların mühəndislik qabiliyyəti sayəsində qorxu və tamah kimi duyğularla, kirli sirrlərin gizlədilməsi məqsədilə inşa edilmiş bəzi yerlərə daxil olmaq olduqca imkansızdır. Beləliklə, həmin yerlərdən bir neçəsi haqda məlumatları təqdim edirik.

Fort Knox ile ilgili görsel sonucu

Fort Knox

ABŞ-ın qızıl kassası. Modern dünyada güvənli bölgə mənasını verən “Fort Knox”-da ABŞ-a dair bir çox gizli məlumat saxlanılır. Olduqca möhşəm mühafizə edilən bu yerin giriş qapısı 22 tondur və şifrələri gün ərzində bir neçə dəfə dəyişdirilir. Qapısı və divarları nüvə silahına qarşı belə olduqca dözümlüdür. Bütün dünyadakı ən güvənli tikili olaraq bilinməkdədir. Buraya girmək kimi bir fikriniz varsa, yanınızda mütləq bir ordu gətirməyiniz lazımdır. Çünki, içəridə 30 min nəfərlik ordu sizi gözləmiş olacaq. Bu yerdə həm də ABŞ-ın hərbi bazalarından biri yerləşir.

ADX ile ilgili görsel sonucu

ADX həbsxanası

ABŞ-ın Kolorado ştatında yerləşən ADX həbsxanası, 1996-cı ildə 168 insanı partlayış nəticəsində öldürən Terry Nikolsdan tutmuş, 2001-ci il 11 sentyabr teraktını planlayan terroruçulara, İŞİD, Əl-Qaidə kimi terror qruplaşmalarının ən təhlükəli üzvlərinə, ağır cinayətlər törətmiş insanlara ev sahibliyi edir. Yüksək müşahidə qüllələri, 3-6 metr uzunluğunda olan elektrikli tellər, hərəkətə həssas detektorlu lazerlər, təzyiqlə hərəkətə keçən sinqalizasiya sistemi, içəridə olan hər şeyi nəzarətdə saxlayan kameralar bu həbsxanada qaçmaq istəyən məhbusların kabusuna çevrilib.

adx florence ile ilgili görsel sonucu

Bundan başqa, həbsxanada hər məhbusbaşına 10-dan çox həbsxana gözətçisi düşür. Burada xidmət edən gözətçilərin ümumi sayı isə, 1000-dən çoxdur. Ən xırda bir hərəkətlənmə burada olan təhlükəsizlik sistemini aktiv hala gətirir. Məhkumlar 7 gün, 24 saat çölə çıxarılmır. Onlar cəza çəkdikləri müddətdə günəş üzü belə görmürlər. Bu günə qədər bu həbsxanadan qaçmağı bacaran bir nəfər belə olmayıb.

Bohemian Klübü ile ilgili görsel sonucu

Bohemian Klubu

Bohemian Klubu İllüminatilər kimi gizli amacları həyata keçirmək üçün 1980-ci ildə Kaliforniyada qurulmuş bir cəmiyyətdir. Üzvləri, mərasimləri, ritualları və nə etdikləri çox gizli saxlanılır. Girişin qadağan olduğu toplantı yerləri San-Fransiskonun şimalinda, Santa Rosa yaxınlığında yerləşən Redvood meşəliyində, kamp ərazisi kimi bir yerdir. Normal kamp yerlərindən fərqi bundadır ki, buraya hər il amerikan zənginlərinin ən öndəgələn simaları toplaşır.

Bohemian Klübü ile ilgili görsel sonucu

Onlar burada iki həftə ərzində ayinlər keçirir, stress atılar. 2500 üzvünün olduğu deyilən bu klubun keçirdiyi ayinlərə hər il ABŞ-ın keçmiş prezidentləri, nazirlər, generallar, öndəgələn iş adamlar, elit intellektuallar və Massonlar qatılırlar. Onlar axşamlar toplaşaraq, işıq nümayişləri ilə birlikdə, böyük bir bayquş toteminin ətrafında keçmiş Mesopotomiya, Babil və s. ayinlərini canlandırıb, coşurlar. Məlumata görə, bu toplantılara qadınların dəvəti yasaqdır. Yığıncaqlara zaman-zaman Amerika xaricindən önəmli dünya liderləri də dəvət edilir. Kissincer, Rokfeller, Buş kimi güclü ailələrin nümayəndələrinin də bu toplantılara dəvət edildiyi bildirilir. Klubda homoseksualların seks partilərinin də tərtib edildiyi iddia edilir.

vatikan arşivleri ile ilgili görsel sonucu

Vatikan gizli arxivləri

Xristianlıq tarixinin ən sirrli qeydləri Vatikanın gizli arxivində saxlanılır. İçərisində 8-ci əsrdən günümüzə qədər olan dövlət sənədləri, Dünyanı yönətmək planları, yazışmalar və əsrlər boyunca toplanmış 35 min kataloqdan ibarət 1 milyondan çox kitab var.  Burada yerləşən rəflərin ümumi uzunluğu 84 km-ə yaxındır. Bəzi nəzəriyyəçilərə görə, bu arxivlərdə Həzrəti İsa ilə əlaqəli, günümüzdə İncil ilə ziddiyyət təşkil edən bir çox məlumatlar yer alır. Hətta iddia edilir ki, İsanın əli ilə yazdığı mətnləri, onun günümüzə qədər davam etiyi deyilən soy-kök ağacının təsviri də bu arxivlərdə gizlədilir. Ölənə və ya istefa edənə qədər buraya tək girə biləcək olan insan Papalardır.

Nyu-York Federal Rezerv ile ilgili görsel sonucu

Nyu-York Federal Rezerv Bankı

Bütün dünyanın qızıl rezervlərinin 4-də 1-i burada yerləşir. İçindəki qızılların ümumi dəyəri 203 milyard dollardır. Yerin 24 metr dərinliyində inşa edillən bu bank olduqca güclü mühafizə edilir. Burada 90 tonluq slindir fomasında olan qapı, ağıllı kameralar, hərəkət sensorları, istilik sensorları və sadəcə bir neçə səlahiyyətli şəxsə verilmiş səs tonu tanıma sistemi mövcuddur. Müəyyən bir nöqtədən sonra içəri heç bir işçi buraxılmır. Həmin nöqtədən sonra isə, ağıllı robotlar fəaliyyətə keçirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR