Slimfit
  1. İDMAN

Dünyanın ən güclü qapıçısından kobud səhv

Dünyanın ən güclü qapıçısından kobud səhv
Sakura

Dünyanın ən güclü qapıçısından kobud səhv

Almaniya millisinin və “Bayern”in qapıçısı Manuel Noyer Bundesliqanın XXIII turu çərçivəsində “Paderborn”la görüşdə kobud səhvə yol verib.

Oxu.Az xəbər verir ki, Almaniya çempionatının lideri ilə autsayderi arasında keçirilən görüş Münhendə baş tutub.

Buna baxmayaraq, “Bayern” sonuncu pillədə olan komanda ilə görüşdə yalnız 88-ci dəqiqədə qələbə topunu vurub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda daha çox söz-söhbətə səbəb isə dünyanın ən güclü qapıçılarından sayılan Manuel Noyerin kobud səhvi olub.

33 yaşlı qapıçı öz cərimə meydançasını tərk edərək topa tez toxunmaq istəsə də, istəyi baş tutmayıb. Belə ki, “Paderborn”un hücumçusu Denis Zrbeni ondan topu oğurlayaraq hesabı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, “Bayern” 49 xalla çempionata başçılıq edir. “Paderborn” isə 16 xalla XVIII sıradadır.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR