Dərc edildi: Baxış sayı: 570
Dünyanın ən gözəl şəlalərindən biri susuz qaldı
Argentina ilə Braziliya arasında yerləşən dünyanın ən məşhur şəlalərindən olan İquasu susuz qalıb.
Axar.az xəbər verir ki, bu barədə İquasu parkının intendantı Serxio Akosta deyib.
"Son günlər şəlalə əvvəlki kimi görünmür. Əvvəl adi su axını 1500 kub metr təşkil edirdisə, indi bu rəqəm 280-ə düşüb və mənzərə tamamilə dəyişilib. Buna Braziliya tərəfinin suvarma və elektrik enerjisi üçün şlüzlərini bağlaması səbəb olub. Bundan başqa son iki ayda intensiv yağışlar da azalıb”, - Akosta bildirib.
Qeyd edək ki, İquasu şəlaləsi sonuncu dəfə 2006-cı ildə belə susuz qalmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət