Slimfit
  1. DÜNYA

Dünyanın ən gözəl 25 küçəsi

Dünyanın ən gözəl 25 küçəsi
Sakura

Dünyanın ən gözəl 25 küçəsi

Tarixi dəyəri, unikal xarakteri və ya əsrarəngiz görüntüsünə görə dünyanın ən gözəl küçələri ziyarətçiləri orada dayanmağa və ətrafda olan hər şeyi seyr etməyə sadəcə məcbur edir...

Qafqazinfo” xarici mətbuata istinadən dünyanın dörd bir tərəfində yerləşən ən gözəl 25 küçəni təqdim edir:

Parisin (Fransa) Yelisey çölləri

Fransanın ən məşhur küçəsi həm də ən “turistik” hesab olunur. 230 fut eni olan prospekt Razılıq (Konkord) meydanından “Arc da Triomphe” abidəsinə qədər ərazini əhatə edir. Bu küçə bayram vaxtı daha gözəl olur.

San-Fransiskoda (ABŞ) Lombard-strit

Hayd və Livenvortun arasında yerləşən Lombart-strit bütün dünyada ensiz ziqzaqları ilə məşhurlaşıb. Ona bir çox Hollivud filmlərində rast gəlmək olar.

Ez kommunasının (Fransa) Əsas Küçəsi

Nitsadan bir neçə kilometr aralıda, hündür dağlarda yerləşən qədim Ez kəndi orta əsrlərə aid ən əsrarəngiz, daşlı-çınqıllı küçələri ilə şöhrət qazanıb.

Buranoda (İtaliya) Fondamenta-San-Mauro küçəsi

Bu və onun yaxınlığında yerləşən digər küçələr rəngarəng boyaları ilə işıq saçırlar. Venetsiyanın yaxınlığında yerləşən Burano şəhəri, şübhəsiz ki, sizi öz balaca balıqçı qayıqları olan kanalları və binalarının güllü-çiçəkli fasadları ilə təəccübləndirəcək.

Havanada (Kuba) sahilyanı Malekon

Malekon sahillərinə çırpılan dalğaların görüntüsü Havananın əsas simvoludur. Bu küçədən ötən klassik Amerika avtomobilləri növbəti güclü dalğanı gözləyən uşaqları sevindirir.

Londonda (İngiltərə) Portobello-roud

Portobeello-roud Londonun əsrarəngiz Hottinq-Hill rayonunun əsas küçəsidir. O, öz viktorian üslübunda tikilmiş eleqant evləri ilə məşhurdur.  Hər şənbə burada Londonun (və ya dünyanın) ən məşhur antik əşyalar yarmarkası keçirilir.

Parisdə (Fransa) Kremyo küçəsi

Parisin əsas iki “arteriyası” arasında yerləşən bu kiçik küçə uzun illər ərzində sirr olaraq qalıb. Lion vağzalının yaxınlığında yerləşən “boyalar quyusu” saysız-hesabsız fotosessiyalar üçün istifadə olunur. O, böyük şəhərdə kənd ab-havasını yaşadır.

Ok Blafsda (ABŞ) Triniti-park

Triniti-park küçəsi kotteclərin yerləşdiyi qəsəbədən keçir. Massaçuets ştatında yerləşən Ok Blafsda Tim Bertonun filmlərini xatırladan sürrealistik səhnələrə rast gəlmək olar.

Molivosda (Yunanıstan) Aqora küçəsi

Lesbos adasında yerləşən Molivos kəndinin əsas küçəsi qarşımıza daşla örtülmüş və bənövşəyi qlisiniyalara bürünmüş vəziyyətdə gəlir.

Portu-Aleqridə (Braziliya) Qonsalu-de-Karvalyo küçəsi

Tez-tez dünyanın ən gözəl küçəsi adlandırılan Qonsalu-de-Karvalyo şəhərin mərkəzində tropik meşə təəssüratını yaradır. Mühafizə olunan bu ekosistem yaşıl tunel kimi görünür – həqiqətən də heyranedicidir!

Çikaqoda (ABŞ) Miçiqan-avenü

Dəbdəbəli butikləri, əzəmətli memarlığı və nəhəng incəsənət əsərləri ilə məşhur olan Mçiqan-avenü Beşinci Avenü və Yelisey çölləri ilə rəqabət apara bilər. Çikaqonun bu məşhur küçəsi həqiqətən də təxəyyülü təəccübləndirir.

Venetsiyada (İtaliya) Riva-del-Ferro

Venetsiyanın Riva-del-Ferro küçəsi Kanal Qrande ilə sərhəddə yerləşir. Oradan məşhur Rialto körpüsünə mənzərə açılır.

Litszyanda (Çin) Sinxua küçəsi

Çinin kiçik Litszyan şəhəri daim tarix sevərləri cəlb edir. Bu tarixi rayonun kiçik küçələri ötən əsrlərə qayıtmağı təklif edir. Burada bir dənə də olsun yeni tikili tapmaq mümkün deyil.

Parisdə (Fransa) sahilyanı Orlean

Ən inanılmaz mənzərələrdən biri sahilyanı Orleandan Parisin Sen-Lui adasına açılır. Bu küçə Parisin ən gözəl memarlıq tikililərindən biri ilə tanışlıq imkanı yaradır.

Nyu-Yorkda (ABŞ) Beşinci Avenü

Bütün Nyu-York boyu uzanan Beşinci Avenü ayrı dünyadır. Bu küçə dəbdəbəli butikləri və onların nəfəs kəsən vitrinləri, Nyu-Yorkun eklektik sakinləri və dünyanın dörd bir tərəfindən gələn turistləri ilə, sözsüz ki, bütün hadisələrin mərkəzi hesab olunur.

Yorkda (ABŞ) Şambls küçəsi

Yorkun Şambls küçəsinin tutqun və sirli ab-havası oradan keçənləri Dikkesin romanlarına və ya hətta Harri Potterin heyrətamiz dünyasına aparıb çıxarır. Bu gözəl küçə həqiqətən də sizin təsəvvür və fantaziyanızı qarışdırmaq gücünə sahibdir.

Kannda (Fransa) sahilyanı Kruazet

Kann festivalının ulduzları və filmləri sayəsində məşhurlaşan sahilyanı Kruazet, demək olar, dəniz boyu 4,5 mil uzanır. Küçədən Lazur Sahilinə mənzərə açılır.  

Amsterdamda (Niderland) Requlirsqraxt kanalı

1658-ci ildə tikilmiş Requlirsqraxt kanal adını onunla sərhəddə yerləşən küçəyə verib. Burada gəzərək siz çox sayda kiçik körpülər, yetərincə hündür binalar və suda sürüşən katerlər görəcəksiniz.  

San-Fransiskoda (ABŞ) Ştayner küçəsi

Ştayner küçəsi San-Fransiskonun Alamo-Skver parkına bitişik dörd küçədən biridir. Bura şəhər mənzərəsini seyr etmək üçün ən yaxşı yerdir.  

Lissabonda (Portuqaliya) Rua-da-Bika-de-Duarte-Belu küçəsi

Rua-da-Bika-de-Duarte-Belu, sözsüz ki, Lissabonun ən çox şəkil çəkdirilən küçələrindən biridir. O, “Elevador da Bica” funikulyoru ilə məşhurdur.

Praqada (Çexiya) Tseletna küçəsi

XIX əsrdə Praqanın Tseletna küçəsində Frans Kafkanın ailəsi yaşayıb. Şəhərin ən gözəl və eleqant küçələrindən biri kimi məşhur olan Tseletna küçəsi inanılmaz borokko üslübunda saraylarla və malikanələrlə əhatə olunub.

Romada (İtaliya) via dei Fori İmperiali

Via dei Fori İmperiali küçəsi Roma forumunun arxeoloji qazıntılarının yaxınlığından keçərək Vittoriano sarayı ilə Kolizeyi birləşdirir.

Vyanada (Avstriya) Rinqştrass küçəsi

Vyananın Rinqştrass küçəsi imperiyanın keçmiş paytaxtının tarixi mərkəzini əhatə edir və şəhərin ən gözəl abidələrini birləşdirir: Todesko və Efrussi saraylarından Vyana Dövlət Operası və hətta Parlament binasınadək.

Las-Veqas-Strip (ABŞ)

Nevada ştatında yerləşən Las-Veqas-Strip nəhəng otellər və əzəmətli tikililər məskənidir. Las-Veqas-Strip Las-Veqas bulvarının, təxminən, 7 kilometrlik ərazisini tutur. Las-Veqasın kazinonalarının çoxu burada yerləşir.

Kordovoda (İspaniya) Kalyexa-de-las-Flores küçəsi

Kalyexa-de-las-Flores – saysız-hesabsız çiçəklərlə bəzədilmiş ensiz küçədir. Bu cazibədar yer əsrarəngiz Kordovanın simvoluna çevrilib.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR