Slimfit
  1. TƏBİƏT

Dünyanın ən gözəl 10 heyvanı

Dünyanın ən gözəl 10 heyvanı
Sakura

Dünyanın ən gözəl 10 heyvanı

  1. Şüşə kəpənək (Greta oto)

Dünyada ən qəribə və özünəməxsus kəpənəklərdən biridir. Qreta Otonun qanadları rəngli xallardan məhrumdur, ona görə də onların teksturası qəhvəyi kənarlardan başqa şəffafdır. Bu onları yerləşdiyi şəraitdən asılı olaraq rəngini dəyişməyə məcbur edir. Belə inanılmaz bacarıq kəpənəklərə quşlardan və digər təbii düşmənlərdən qorunaraq, bitkilərlə qarşımağa imkan verir.

Əgər quş şüşə kəpənəyi yeyərsə, onda belə yeməyə sevinməyəcək. Qreta Oto tırtıl olmaqla, sestrum kimi bitkilərlə qidalanır və zəhərli alkaloidlərlə doludur. Buna görə də yetkin kəpənəyin dadı da pisdir. Amma bunu biz əlbəttə ki, yoxlamayacağıq.

  1. Friz atı (Friesian)

Bu gözəl və cazibəli heyvan boş yerə “qara mirvari” ləqəbini almayıb. Friz atları dünyada ən qədim at cinslərindən biridir. Onlar haqqında ilk istinad 13-cü əsrə aiddir. Hazırda isə onlar ingilis kraliçası Yelizavetanın Qızıl ekipajına daxildir.

Bu atlar ancaq qara rəngdə olurlar və hoppanma oynağından ayaqları örtən və dırnaqlara düşən uzun və çox qalın xovları ilə digərlərindən fərqlənirlər.

  1. Mandarin ördəyi (Synchiropus splendidus)

Dünyadakı ən gözəl heyvanlardan birinin şəklinə baxaraq inanmaq çətindir ki, onu yaradan rəssam və ya zərgər deyil. Mandarin ördəyi öz adını mantiya ilə parlaq rənglənmiş çin məmurları - mandarinlərlər oxşarlığına görə əldə edib.

Gözəl rənginə baxmayaraq, bu gözəl balıqlar çox utancaqdır və gecələr ortaya çıxmağa üstünlük verirlər. Gizlilik onların dibdə yaşamasına, həmçinin kiçik ölçüsünə (təxminən 6sm) səbəb olur. Xüsusi qidalanma vərdişlərinə görə, onları akvariumlarda saxlamaq olar, amma çətindir.

  1. Delfin (Dolphin)

Bizim mehriban dəniz qonşularımız müasir dünyada çatışmayan sevinc, azadlıq və səmimiliyi simvolizə edirlər.

Delfinlər elə görünürlər ki, elə bil onlar hər zaman gülümsəyirlər. Onların eləcə görünüşü əhvalı yüksəlməyə qadirdir. Hətta xüsusi delfinoterapiya mövcuddur ki, onun köməyi ilə autizm, nitq, eşitmə qüsuru və ya digər problemləri müalicə edirlər. Bu gözəl və şən məxluqlar insanın psixoemosional vəziyyətini əla nizamlayır. İnsanlar isə təəssüf ki, hər zaman delfinlərə qarşılıqla cavab vermirlər. Onları da ət xatirinə və ya sadəcə əyləncə üçün ovlayırlar.

  1. Tovuz quşu (Pavo cristatus)

Dünyanın ən gözəl heyvanlarının siyahısı bu möhtəşəm məxluqsuz tamamlana bilməz. Məgər siz tovuz quşunun quyruğundan bircə dənə olsa belə lələk əldə etmək istəməzsiniz? Mən də istədim. Bu quş qarşısından keçən hər kəsə öz gözəlliyini nümayiş etdirən əsl supermodeldir.

Sən demə, tovuz quşunun quyruğu görkəmsiz boz lələklərdən ibarətdir. Quyruq deyilən də əslində quyruğun üstünün lələkləridir. Onların uzunluğu 140-165sm təşkil edir.

Tovuz quşularında lələklərin rənglənməsinin çoxsaylı formaları var. Ağappaq tovuz quşular da mövcuddur, onlar heç də albinoslar deyil. Onların lələkləri qar kimi ağdır, gözləri isə mavidir, albinoslarda isə qüzehi qişa adətən qırmızı və ya çəhrayı olur.

  1. Mavi əjdaha və ya mavi mələk (Glaucus atlanticus)

İnansanız da, inanmasanız da bu əzəmətli “su əjdahaları” əslində ilbizlərin yaxın qohumlarıdır və qarınayaqlılar növündən biridir. Bu gözəl canlılar okean cərəyanları istiqamətində üzürlər və qağayılar kimi yırtıcılardan maskalanmaq üçün özünün göy-gümüşü rənginə güvənirlər. Suyun səthində qalmaq üçün mavi əjdahalar havanın qovuğunu udurlar, nəticədə onların arxası aşağıda olur, yaxşı inkişaf etmiş ayaqları isə suyun səthinə yanaşır. Onlar elə bil səthi gərginlik xətti üzrə sürünürlər.

Parlaq rəngli bir çox dəniz canlıları kimi mavi mələk düşmənlərdən əla müdafiəyə malikdir. O zəhərli meduzaları yeyir və onların zəhərini toplayır. Buna görə də bu molyuskun qabığı yoxdur, əks halda çoxları yəqin onu yemək istərdi.

  1. Hörümçək-tovuz quşu (Maratus volans)

Kim deyir ki, hörümçəklər qəşəng ola bilməzlər? Əlbəttə, söhbət dünyadakı ən böyük hörümçəkdən getmir, amma ən rəngarəngindən gedir. Bu növ haqqında çox şey məlum olmasa da, bunu demək olar ki, onun nümayəndələri Qərbi Avstraliyanın sahilboyu qum təpələri yumşaq bitki örtüyündə yaşayırlar.

Bu kiçik (5mm uzunluqlu) hörümçəklər özünün tovuz quşunun quyruğuna bənzər parlaq və rəngarəng qarnı ilə cəlb edirlər. Uyğun gözəli görən kimi, hörümçək qarnını qaldırır və fəxrlə hamarlayır, sonra isə bir neçə ayağını yuxarı qaldırır və seçdiyinin qarşısında həyəcanlı rəqs icra edir. Belə kavalerin qarşısında necə dayanmaq olar?

  1. Viktoriya tac göyərçini (Goura victoria)

Tovuz quşu yumşaq quyruqüstü ilə lovğalana bilərsə, onda tac göyərçinin gözəlliyi onun incə tüklərindədir. O uzunsov üçbucaqlar şəklində çıxıntısı olan tüklü lələklərdən ibarətdir. 

Yeni Qvineyada tapılmış bu şıltaq quşlar bataqlıq meşələrdə və saqo palmalarında yuva qurmağa üstünlük verirlər. Viktoriya tac göyərçini nadir və nəsli tükənmiş növdür. Bunun səbəbi də onun lələklərinin gözəlliyidir.

  1. Ağ benqal pələngi (Panthera tigris bengalensis)

Dünyada ikinci ən gözəl heyvan incəlik, əzəmət və gücün təcəsüümüdür. Təəccüblü deyil ki, pələng bir çox mif və əfsanələrdə iştirak edir.

Genetik mutasiya səbəbindən bir çox benqal pələngləri ağ rəngdə doğulur, bu da onları daha gözəl edir. Rəngdən başqa ağ pələnglər qohumlarından göy rəngdə gözləri ilə fərqlənirlər. Orta hesabla 10 min adi benqal pələngindən biri ağ rəngdə doğulur.

  1. Çöl tülküsü (Vulpes zerda)

Əgər siz tülküləri sevirsinizsə və onların vəhşi təbiətdə daha yaxşı göründüyünü düşünürsünüzsə, onda siz çöl tülkülərinin təbii yaşayış mühitindəki şəkillərini bəyənəcəksiniz. Çöl tülküləri digər tülkülərdən özünün uzun qulaqları ilə fərqlənirlər ki, bu da heyvanlara qurbanlarının (kiçik onurğalılar və həşəratlar) qum altında necə hərəkət etdiklərini eşitməyə imkan verir. Açıq rəngli xəz isə gün ərzində işığı əks etdirməyə kömək edir.

Şimalı Afrikanın səhralarında yaşayan balaca tülkülər təkcə adi insanların ürəklərini deyil, həmçinin bəzi yazıçıların da ürəklərini fəth edib. Məsələn, Frenk Qerbertin “Qum təpəsi” adlı fantastik romanında çöl tülküləri Arrakisin az saylı sakinlərindən biri hesab olunur.



Çöl tülkülərini ev heyvanı kimi saxlamaq olar, onlar şəndir və yeməyi seçmirlər, amma soyuğa çox həssasdırlar.

 

Mənbə: Basetop.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR