Slimfit
  1. DÜNYA

Dünyanın ən dərin nöqtəsindən plastik tullantı çıxdı

Dünyanın ən dərin nöqtəsindən plastik tullantı çıxdı
Sakura

Dünyanın ən dərin nöqtəsindən plastik tullantı çıxdı

Dünyanın ən dərin nöqtəsi hesab edilən Mariana çökəkliyinə gedən amerikalı kəşfiyyatçı suyun dibində plastik tullantı tapıb.

FaktXəbər-in BBC-yə istinadən məlumatına görə, Viktor Veskovo Sakit okeanında yerləşən Mariana çökəkliyində təxminən 11 kilometr dərinliyə düşərək rekorda imza atıb.

Dibdəki yüksək təzyiqə davam gətirəcək şəkildə istehsal olunan dalma vasitəsilə 10 min 927 metr dərinliyə enən və çökəkliyin dibində 4 saat qalan Veskovo, araşdırmaları zamanı dəniz canlıları və rəngli qaya formaları ilə yanaşı, plastik paket və şəkər qablaşdırmaları da tapıb.

İndiyə qədər çuxurun ən dərin nöqtəsinə enməyi bacaran Veskovodan sonra digər komanda üzvləri də ard-arda 4 dəfə dibə eniblər.

Dənizin dərinliklərini kəşf etmək üçün robot texnikası cihaz da istifadə edilib.

Dənizin üç müxtəlif nöqtəsində "amfipot" adı verilən krevetə bənzəyən 4 yeni qabıqlı heyvan növü kəşf etdiyini düşünən komanda, 7 min metr aşağıda "qaşıq soxulcanı" adlandırılan canlı və 8 min metrdə çəhrayı dəniz ilbizi gördüklərini bildirirlər.

Ümumilikdə beş dalma zamanı yəqin ki, dəniz dibindəki mikroblar tərəfindən yaradılmış parlaq rəngli qayaları kəşf edən komanda, okean dibindən qaya nümunələri toplayıb.

Alimlər tərkibində mikroplastik olub olmadığını müəyyənləşdirmək üçün kəşfiyyat qrupunun topladığı canlıları tədqiq etməyi planlaşdırır.

Mariana çökəkliyi Sakit okeanının qərbində yerləşir. Çuxurun dərinliyi 10 min 911 metr ilə 11 min 30 metr arasında ölçülür. Kanyonun uzunluğu 2 min 550 metr, eninin isə 69 kilometr olduğu güman edilir.

ABŞ Donanmasının leytenantı Donald Ualş və İsveçrəli alim Jak Pikkard 23 yanvar 1960-cı ildə Marian çökəkliyinə enən ilk insanlar kimi tarixə düşüblər.

Məşhur amerikalı rejissor Ceyms Kameron da 26 mart 2012-ci ildə "Deepsea Challenger" adlı birnəfərlik sualtı qayıqla Marian çökəkliyinin 10 min 908 metr dərinliyinə qədər enərək 50 illik fasilədən sonra çuxura gedən ilk insan oldu.

Mariana çuxurundakı işlər 2010-cu ildən başlamışdı. Alimlər 2013-cü ilin ilk aylarında dəniz səviyyəsinin 11 kilometr dərinliyində olan və dünyanın ən dərin yeri qəbul edilən Mariana çökəkliyində mikrob həyatına rast gəldiklərini açıqlamışdı.

İndiyə qədər su üstündəki təzyiqdən təxminən min dəfə güclü təzyiqə malik Marian çuxurundakı dondurucu və zülmət qaranlıq mühitin hər hansı bir həyat tərzi üçün uyğun olmadığı qəbul edilirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR