Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi
"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,reytinqə Argentina millisinin və İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi başçılıq edir.
33 yaşlı hücumçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edir.
Sıralamada 2-ci yeri 117 milyon ABŞ dolları qazanan İtaliya "Yuventus"unun forvardı Kriştianu Ronaldu tutur. Portuqaliyalı oyunçu daha əvvəl dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşüb.
Siyahının 3-cü pilləsində isə Fransa PSJ-sinin braziliyalı hücumçusu Neymar yer alır - 96 milyon ABŞ dolları.
Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:
1. Lionel Messi ("Barselona") - 126 milyon ABŞ dolları
2. Kriştianu Ronaldu ("Yuventus") - 117 milyon ABŞ dolları
3. Neymar (PSJ) - 96 milyon ABŞ dolları
4. Kilian Mbappe (PSJ) - 42 milyon ABŞ dolları
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon ABŞ dolları
6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon ABŞ dolları
7. Antuan Qrizmann ("Barselona") - 33 milyon ABŞ dolları
8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon ABŞ dolları
9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon ABŞ dolları
10. David De Xea ("Mançester Yunayted") - 27 milyon ABŞ dolları
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət