Dünyanın ən böyük üzən gecəqondu məhəlləsi
Qərbi Afrika ölkəsi Nigeriyanın Lagos şəhərindəki Makoko məhəlləsi dünyanın ən böyük üzən gecəqondu məhəlləsi olaraq tanınır.
Metbuat.az “Haberler.com”a istinadən verdiyi məlumata görə, Makoko məhəlləsində yeni evlər üçün boş ərazinin olmaması bölgə sakinlərinin suların üzərində qaçaq ev hazırlamağa məcbur edib və ortaya çox qeyri-adi bir həyat tərzi çıxıb.
Bir zamanlar bura bütün şəhəri dəniz məhsulları ilə təmin edən bir balıqçı kəndi idi. Vaxt keçdikcə sahildən çıxan su çox kirlənib.
Suyun üzərində inşa edilən və qismən üzən evlərdən ibarət olan Makoko 18-ci əsrdə bir balıqçı kəndi olaraq inşa edilib. Statiskaya əsasən hər üzən evdə 6-10 nəfər adam yaşayr. Rəsmi rəqəmlərə görə, Makoko bölgəsinin nüfuzu təxminən 150 000 nəfərdir və qeyri-rəsmi məlumatlara görə 100 000 daha artıqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət