Dərc edildi: Baxış sayı: 672
Dünyanın ən böyük tur şirkətlərindən biri ləğv edilir
Britaniyanın “Tomas Kuk” turoperatoru özünün ləğvi prosesinə start verib.
Axar.az xəbər verir ki, şirkət bu barədə qərarı bankrot olmasının qarşısını almaq üçün vəsait tapa bilməməsi ilə əlaqədar qəbul edib. Buna görə də səhər saatlarından etibarən bütün dünya üzrə 600 min bron edilmiş bilet ləğv olunub.
“Tomas Kuk”un həmçinin ticarət əməliyyatlarını da ləğv etdiyi bildirilib. Şirkətin qərarı sayəsində dünyanın 16 ölkəsində 21 min, Britaniyada isə 9 min nəfərin işsiz qalacağı qeyd edilib.
Qeyd edək ki, “Tomas Kuk Qrup” 1841-ci ildə yaradılıb. Dünyanın ən böyük tur şirkətlərindən biri olan “Tomas Kuk” ildə 22 milyon müştəriyə xidmət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət