Dərc edildi: Baxış sayı: 753
Dünyanın ən böyük təyyarəsi inşa edilir
Rusiya Sovetlər Birliyi dövründə istehsal edilən əfsanəvi Antonov An-124 təyyarəsinin əvəzinə dünyanın ən böyük yük təyyarəsini hazırlayacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya baş nazirinin müavini Yuri Borisov yayıb.
2027-ci ilə qədər hazırlanması nəzərdə tutulan təyyarənin inşası dövlət silahlanma proqramı çərçivəsində həyata keçiriləcək.
Yeni təyyarə müasir standartlara uyğun və başqa bir ad altında hazırlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət