Slimfit
  1. DÜNYA

Dünyanın ən böyük şəxsi yaxtası Monteneqronun Tivat şəhərinə çatıb

Dünyanın ən böyük şəxsi yaxtası Monteneqronun Tivat şəhərinə çatıb
Sakura

Dünyanın ən böyük şəxsi yaxtası Monteneqronun Tivat şəhərinə çatıb

Dünyanın ən böyük şəxsi yaxtası olan 180 metr uzunluğundakı “Azzam” yaxtası Tivat şəhərinin “Porto Montenegro” limanına yan alıb.

AZƏRTAC Monteneqronun “vijesti” saytına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed əl -Nəhyana məxsus olan yaxta Tivatda uzunluğu 250 metrədək olan gəmiləri qəbul etməyə malik olan 5-ci limana yan alıb.

2013-cü ildə Almaniyanın məşhur “Lürssen Yachts” şirkətinin tərsanəsində xüsusi sifarişlə inşa edilən "Azzam”ın tikintisi 610 milyon dollara başa gəlib. Uzunluğu 180 metr, eni təxminən 21 metr olan gəmi 13 min 136 ton su tutumuna malikdir və orta kreyser ölçüsündədir. Super dəbdəbəli gəmi, həmçinin mini sualtı qayığa da sahibdir.

“Azzam”ın səthi güllə keçirməyən şüşədən hazırlanıb. Gəmi mümkün bombardman raketlərinə qarşı müdafiə olunması üçün yüksək təhlükəsizlik sistemi ilə təchiz edilib.

“Azzam” göyərtəsinə 36 sərnişin və onlara qulluq edən ekipajin 60 üzvünü ala bilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR